Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn digər məsələləri həllini gerçəkləşdirəcək.
Becan.az