Etirazçı qızlara divan tutan İran rejimindən növbəti riyakarlıq

11:29 24.01.2023 1 550
Etirazçı qızlara divan tutan İran rejimindən növbəti riyakarlıq

Paşinyanın arvadı Qumda nə gəzirdi; Novella Cəfəroğlu: “Anna Akopyanı dəvət etməklə İran öz qadınlarını təhqir etdi”

Ötən həftəsonunun diqqət çəkən olaylarından biri Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın İran səfəri, daha doğrusu, onun prezident İbrahim Rəisinin təşəbbüsü ilə təşkil olunan “Nüfuzlu qadınların 1-ci beynəlxalq konqresi”nə “1-ci ledi” qismində dəvət edilməsi oldu.

Akopyan Tehranda İran prezidentinin xanımı Cəmilə Sədat Alamolxoda və qızı Reyhanə Rəisi, habelə İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiye Xəzali ilə görüşüb, onlarla birgə dini mərkəzlərdən sayılan Qum şəhərinə gedib, orada məscidi və “Fatimeyi Məsumə” mavzoleyini ziyarət edib. Qısası, erməni Annaya xüsusi lütfkarlıq göstərilib. Əri Nikol Paşinyana göstərilən hörmət-izzət kimi.

Təəccüblü deyil əslində. Özünü dünya müsəlmanlarının, daha dəqiqi, şiələrin əsas himayədarı sayan İran rejimi elan elədiyi islami-əxlaqi dəyərləri, ümmət maraqlarını çoxdan panfarsizm maraqlarına dəyişib. İranın qardaş Türkiyə kimi işğalçı Ermənistanla sərhədləri dərhal bağlamaq əvəzinə, məscidlərimizdə donuz saxlayan bir əcaib və Allahsız topluma, təcavüzkara 30 il ərzində hərtərəfli dəstək olması, ermənilər üçün “nəfəslik” rolunda çıxış etməsi özlüyündə hər şeyi deyir. Ermənistanda və Qarabağda müsəlman ziyarətgahlarını dağıdan və buna görə zərrəcə peşmanlıq hissi keçirməyən bir ölkənin baş nazirinin arvadını qucaqlayıb öpüşlərə qərq eləməyin adı nədirsə, onun yüz faiz islami-əxlaqi dəyərlərə dəxli yoxdur.


Anna Akopyan İranda

Yada salaq: İran rejiminin hərbçiləri hətta 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun irəliləməsini ən azı bir neçə gün ləngitmək üçün suveren ərazimizə girmişdilər. Həmin ərəfədə Anna Akopyan Qarabağda “hərbi təlimlər” adı ilə əlində avtomat şəkil çəkdirdi, qadınları hərbi təlimlərə cəlb etməklə bağlı təşəbbüs qaldırdı. Qarabağa gələn Anna Akopyan qadın terrorçulardan ibarət dəstə yaratdığını, adını da “Erato” qoyduğunu elan etdi. Onun Azərbaycanın birinci xanımını Şuşaya muğam dinləməyə, çay içməyə dəvət etməsi barədə sərsəmləməsi də unudulmayıb...

Bu mənada Annanın səfəri erməni-fars dostluğu “zənciri”ndə yalnızca növbəti həlqədir. Yaxın tarixin acı təcrübəsi isə göstərir ki, mollakratiya Azərbaycan dövlətinə qarşı İblisin özünü belə qucaqlayıb öpməyə hazırdır.

Tədbirə gəlincə, o, çox sönük keçib. Bu da təbiidir. Öz ölkəsində dinc etirazçılara, ələlxüsus gənc qadın fəallara divan tutan bir rejimin qadınlara həsr olunan humanitar tədbir təşkil etməsi, yumşaq desək, parlaq riyakarlıq nümunəsidir və özünə hörmət edən, vicdanlı qadınlar tərəfindən təqdir oluna bilməz.


Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran ilk növbədə öz ölkəsində yaşayan qadınlara dəyər verməlidir. O, İran hakimiyyətinin sülh istəyən, zorakılığa məruz qalan, hətta edam olunan İran xanımlarına daha çox diqqət etməli olduğunu vurğuladı:
“Annadan sülh qadını olmaz. Müsəlman dövləti olsa da, İran Anna Akopyanı dəvət etməklə öz qadınlarını təhqir etdi. İranın bütün addımları yanlışdır. İran sözdə "Qurani-Kərim"in qanunları ilə yaşadığını, ədalətli davranmağa çalışdığını desə də, reallıqda bunun tam əksini görürük".

N.Cəfəroğlu İran hakimiyyətinin Azərbaycana mütəmadi mesaj verdiyinə diqqət çəkdi:
“İrəvandan gələnlərlə daim qucaqlaşıb, öpüşürlər, yəni demək istəyirlər ki, nə olursa-olsun biz bir yerdəyik. Mən qəbul edirəm ki, qorxu faktoru var. İranda yaşayan soydaşlarımız başını qaldıranda zorakılığa məruz qala, edam oluna bilərlər, amma 40 milyondan çox insan bu rejimə, haqsızlığa, məkrli siyasətə qarşı çıxa bilmir? İran qadınları Anna Akopyanın əlində bizə tuşlanmış avtomat olan şəklini görməmişdilər? Niyə onu qəbul etdilər? Biz hər zaman İran qadınlarının tərəfində olmuşuq, onlara dəstəyimizi göstərmişik. Qurultay iştirakçıları Anna Akopyanın gəlişinə etiraz olaraq məkanı tərk etməli idilər. Bu, onların İran siyasətini dəstəklədiklərinin göstəricisi idi”.

Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.

Nigar HƏSƏNLİ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}