Xalq artisti baltalayır, polis yerindəcə məhv edir...

19:43 23.07.2024 1 155
Xalq artisti baltalayır, polis yerindəcə məhv edir...

Son iki günün kriminal xronikası adamı dəhşətə gətirir: 59 yaşlı kişi 75 yaşlı ağsaqqalı bıçaqlayıb öldürür; 33 yaşlı oğul 57 yaşlı anasını qətlə yetirir; ata 10 və 2 yaşında övladlarını bıçaqlayır, biri ölür, sonra da özünə qəsd edir; 10 il öncə Azərbaycan çempionu olan, 105 kilo çəkidə ağırlıqqaldırma üzrə nəticə göstərən idmançı övladını girov götürür…

Bu ölkənin diplomatı olmuş şəxs adam bıçaqlayır… və günün daha bir dəhşəti: Xalq artisti Ağadadaş Ağayev qonşusunu “baltalayır”.

Nə baş verdiyini, hansı milli-mental dəyişikliklərin getdiyini anlamaq belə çətindir.

75 yaşlı kişinin bıçaqlanmasını təsəvvür etmək mümkün olmadığı kimi, bir atanın öz övladlarını doğramasını da şüur qəbul edə bilmir.

Uzun illər diplomat işləmiş bir şəxsi bıçağa əl atmağa nə vadar edə bilər? Bir ölkənin xalq artıstinin qonşusuna balta ilə xəsarət yetirməsi məlumatı hardan çıxdı?

İnanılmaz olaylardır!

Heç bir ay keçməyib polislərimizə edilən hücumdan – Şüvəlanda 3 polis qətlə yetirilmişdi. Ardınca cinayətkarı Bakının ortasında saxlamağa çalışan polis kapitanı bıçaqlanıb öldürüldü.

Hələ o zaman bu xalqın düşüncəsində hansısa dəyişikliklər getdiyini və bunun çox təhlükəli nəticələri haqda xəbərdarlıq etmişdik: əgər Azərbaycan xalqının hansısa fərdində polisə silah qaldıracaq, bıçaq çəkəcək qədər dəyişiklik gedirsə…

Biz hələ o faktdan dəhşətə gəlmişdik – ardınca baş verənləri görürsünüzmü? 4 yaşlı övladı necə bıçaqlamaq olar? Öz övladını hansı düşüncə ilə “girov” götürə bilərsən?

O həddə çatdırdılar ki, polis artıq silaha əl atdı. Yaxın illərdə xatırlamıram ki, Azərbaycan polisi övladını və ya doğmasını girov götürən bir şəxsi yerindəcə güllələyib məhv etsin. Xatırlamıram, məncə, olmayıb belə bir şey!

Ancaq Şüvəlanda 3 polisin qətli artıq təlimatı dəyişir: bir azərbaycanlı kişi öz doğmalarının arasında gizlənib, 3 polisi qətlə yetirirsə, artıq kimsənin öz övladının arxasında gizlənməsinə, öz övladını hansısa səbəblə girov götürməsinə polis təhəmmül etməyəcəkdi!

Bax, narahatlığımızın səbəbi bu idi: polis artıq qarşısındakı xırda xuliqanın, ya cinayətkarın, ya sadəcə dələduzun təhlükəsiz olduğuna, ona əl qaldırmayacağına inanmır. Oysa bu ölkənin polis polkovniki 2018-ci ildə əlində qılınc olan kütlənin içinə silahsız girib, danışıqlar aparmaq cəsarətində idi. Çünki inanırdı, əmin idi ki, o qılınc polisə qalxmaz, azərbaycanlı heç vaxt polisə silah işlətməz, ona zərər verməyi ağlının ucundan keçirməz.

Cəmi 6 il keçib, 6-ca il – polislərin qətllləri sıralanır və polis artıq adekvat tədbirlər göstərməyə məcburdur. Sabah bu ölkədə yol polisinin qanuni əmrinə tabe olmayan “əsəbi” sürücünün zərərsizləşdirilməyəcəyinə də güman yoxdur – çünki psixologiya dəyişir, polis qarşısındakından artıq ehtiyat edir, onun qətl törətməyəcəyinə inamı qalmayıb.

Bir ölkədə 75 yaşlı kişi öldürülürsə, oğul anasını amansızcasına qətlə yetirirsə, diplomatı adam bıçaqlayırsa, ata öz körpəsini qətlə yetirirsə, daha polisdən hansı humanizm, hansı inam gözləmək olar? Oğlunu girov götürüb, boğazına bıçaq dayayan şəxsə polis necə inana bilər? Öz dogma oğlunu qətlə yetirən ataya hansı meyarla güvənib, silahsız ona yaxınlaşa bilər?

Dəngələr dəyişir, bu xalqın əxlaqı darmadağın olur, onillərlə öyrəşdiyimiz münasibətlər sistemi məhv edilir.

Bu xalqın mental düşüncəsində eybəcər transformasiya baş verir.

Televiziyaların əxlaqımıza hücumlarının nəticəsidir; sosial şəbəkələrin bu dəyərlər sisteminə zərbələrinin “bəhrəsidir”.

Yəni bir tədbir görülməyəcəkmi? Biz zaurların bu xalqın əxlaqını dəyişməsinə nə qədər seyrçi qalacağıq?

Şeyx TEYMUR
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}