Bakı-Sumqayıt şossesinin Abşeron Gənclər Şəhərciyi yaxınlığındakı hissəsində yol çöküb.Bakupost.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, çöküntü bir aya yaxındır baş verib.
Əməkdaşımız məsələylə bağlı ərazidə olan sürüclərlə də həmsöhbət olub. Onlar deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:
"Yolda böyük dəlik yaranmışdı. Oranı kubik daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yoldan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir".
Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanlanıb.