HƏMAS lideri İsmayıl Haniyənin Tehranda alçaq bir sui-qəsd nəticəsində qətlə yetirilməsini lənətləyirik.
Xəbər verilir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Netanyahu hökuməti sülh niyyətində olmadığını növbəti dəfə göz önündə sərgilədi. Bu hücum Qəzza məsələsini regional müstəvidə genişləndirməyi hədəfləyir. Beynəlxalq toplum İsraili dayandırmaq üçün hərəkətə keçməyəcəyi təqdirdə, bölgəmiz bundan daha çox böyük qarşıdurmalara şahid olacaq”, - deyə, açıqlamada bildirilib.
Becan.az