Ukraynalılar Rusiyaya qarşı qəhrəmancasına müqavimət göstərirlər, lakin müharibə artıq yekunlaşmaq üzrədir.Xəbər verilir ki, bu sözləri açıqlamasında Macarıstanın müdafiə naziri Kristof Şalay-Bobrovnik deyib.
O bildirib ki, sülh Rusiyanın xeyrinə olacaq:
“Mən, bir əsgər kimi, ukraynalıların qəhrəmanlıq və cəsarətli mübarizəsinə böyük hörmətlə yanaşıram, lakin sülh danışıqlarındakı səylər göstərir ki, müharibə sona yaxınlaşır”.
Nazir həmçinin qeyd edib ki, Rusiya hərbi sənaye qura bilib və bununla da özünü lazımi səviyyədə sursat, canlı qüvvə və tanklarla təmin edib.
Becan.az