Rusiya Donetsk vilayətinə hücum edib.Xəbər verilir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib:
“Kostyantynivka, Donetsk vilayəti. Rusiyalı terrorçular supermarket və poçt şöbəsini vurublar. Dağıntılar altında qalan insanlar var. Xilasetmə əməliyyatı davam edir və onların xilas edilməsi üçün hər şey ediləcək. Hazırda dörd nəfərin öldüyü məlumdur. Onların ailələrinə və yaxınlarını itirən yaxınlarına başsağlığı verirəm. Ən azı 24 nəfər yaralanıb. Rusiya bu terrora görə cavabdehlik daşıyacaq”.Becan.az