Birinci Qarabağ müharibəsi şəhidi Ceyran Abdullayevanın atası vəfat edib.
Xəbər verilir ki, şəhidin atası Səyyaf Qarayev yaşadığı Zərdab rayonunda xəstəlik səbəbindən ölüb.
Qeyd edək ki, Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdab şəhərində anadan olub. Könüllü olaraq müharibəyə yollanan Ceyran rabitəçi olub və 1992-ci ilin avqustun 15-i Ağdam rayonu ərazisində şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn olunub.Becan.az