Makronun İrəvan səfəri sülh prosesinə ziddir

19:21 16.08.2024 1 008
Makronun İrəvan səfəri sülh prosesinə ziddir

“Böyük ehtimalla Fransa Prezidenti Emmanuel Makron 21 sentyabr Müstəqillik Günündə Ermənistana səfər edəcək”.

“Cebheinfo.az” xəbər verir ki, “Johovurd” qəzeti Fransadakı erməni icmasından olan məlumatlı mənbəyə istinadən belə yazır.

Bildirilir ki, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.

Makron bu addımı ilə azad, suveren və müstəqil Ermənistana yaxın olduğunu vurğulamaq istəyir.

Onun səfərinin başqa məqsədi var:

“Ermənistan Respublikasının müstəqilliyi uğrunda mübarizə aparan nadir meqaliderlərdən biri olduğunu sübut etmək”, - deyə mənbə qeyd edir.

Xatırladaq ki, 2021-ci il iyunun 1-də o vaxt baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Parisə işgüzar səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronu payızda “Makronu İrəvanda gözlədiyini” deyib. Amma bu səfər hələ baş tutmayıb.

Bildirək ki, Emmanuel Makron 2018-ci ilin oktyabr ayında Frankafoniya təşkilatının İrəvanda keçirilən sammitində iştirak etmək üçün Ermənistana səfər edib. Bundan sonra Fransanın Cənubi Qafqaz siyasətində yeni mərhələ yarandı.

Belə ki, Makron hakimiyyətinin yürütdüyü geosiyasi kurs Ermənistan vasitəsilə regionda möhkəmlənməyi və Cənubi Qafqazın əsas aktorlarından birinə çevrilməyi nəzərdə tutur. Lakin Fransanın Cənubi Qafqazda Ermənistanı birtərəfli qaydada dəstəkləməklə geosiyasi balansı öz xeyrinə dəyişmək cəhdləri Azərbaycanla münasibətlərdə ciddi qarşıdurmaya gətirib çıxarıb.

Bu, xüsusilə də Azərbaycan ərazilərinin işğalı və separatçı rejimin mövcud olduğu dövrdə daha çox göstərirdi. Yəni rəsmi Parisin erməni amilindən regional maraqlarını təmin etmək üçün istifadə etməsi həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün açıq təhlükə yaradıb.

Ancaq 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağada keçirilən antiterror əməliyyatından sonra bölgədə statuskvonun tamamilə dəyişməsi Fransanın mövqeyini zəiflətməklə yanaşı, Azərbaycana qarşı təzyiq alətlərini aradan qaldıran amil kimi çıxış edir.

Üstəlik, Makronun tərəfsizlik prinsipini pozaraq ermənipərəst mövqedən çıxış etməsi Fransanın Azərbaycan-Ermənistan sülh danışıqlarında iştirakının rəsmi Bakı tərəfindən bloklanmasına səbəb olub. Bu baxımdan, Makronun ötən səfərindən sonra bölgədə mövcud geosiyasi konyukturun tamamilə aradan qalxması və yeni reallıqların yaranması Fransa üçün Cənubi Qafqazda əngələ çevrilib.

Ona görə də Makronun Ermənistana səfər etməsi regionla bağlı siyasətini yenidən nəzərdən keçirmək məqsədi daşıya bilər. Ermənistan hökuməti Makronun İrəvana səfər edəcəyi ilə bağlı xəbəri hələlik rəsmən təsdiq etməsə də, Paris bu xəbərin anonsunu hələ may ayında vermişdi.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Prezident Makronun Şarl Aznavurun 100 illik yubileyi münasibətilə İrəvana səfər edəcəyini və buna hazırlıq getdiyini bəyan etmişdi.

Görünür, iyun və iyul aylarında Avropa Parlamentinə və Fransa Milli Assambleyasına keçirilən seçkilər fonunda Makronun hakimiyyətinin siyasi məğlubiyyətə uğraması onun səfərini əngəlləyən amillərdən birinə çevrilib.

İndi isə Makronun Ermənistanın Müstəqillik Günü ilə İrəvana gələcəyi deyilsə də, bu səfərin daha çox ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədi daşıdığı şübhə doğurmur.

Xüsusilə də Cənubi Qafqazda geosiyasi rəqabətin artdığı bir vaxtda Fransa Prezidentinin Ermənistana səfər etməsi daha çox bölgədə marağı olan dövlətlərə cavab mesajı hesab edilməlidir.

Rusiya Prezidentinin Azərbaycana gözlənilən səfəri də əslində, Kremlin bu regiondakı strateji maraqlarının müdafiəsinə yönəlik addım kimi şərh edilir. ABŞ-nin Ermənistanda artan hərbi fəallığı və Rusiya Prezidentinin Azərbaycana səfəri fonunda Makronun İrəvana gəlişi sözügedən rəqabətin artmasından xəbər verir.

Xüsusilə də son günlər Ukrayna ordusunun Kusk vilayətinə hücumundan sonra Rusiyanın çətin duruma düşməsi Cənubi Qafqazdakı geosiyasi mövqelərini zəiflədə bilər. Bu isə paralel olaraq, Rusiyanı Cənubi Qafqazda əvəz etmək iddiasında olan Qərb dövlətlərinin aktivləşməsi müşahidə olunur.

Payız aylarına doğru Rusiya-Qərb qarşıdurması Ermənistanda Paşinyan əleyhinə etiraz aksiyalarına başlaması və Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı daha gərgin mərhələyə keçə bilər.

Azərbaycanla Ermənistan arasında noyabr ayında çərçivə sazişinin imzalanmasına hazırlıq getdiyi bir vaxtda siyasi hadisələrin belə inkişafı sülh prosesinə ziddir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}