Ukraynada genişmiqyaslı müharibə davam edir və ruslar əmindirlər ki, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcəklər.Xəbər verilir ki, bunu Ukrayna Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramları üzrə direktoru Pavel Lakiyçuk deyib.
"Səngərlərə, rusların indi qurduqları müdafiə xətlərinə baxsanız, görərsiniz ki, onlar bizim birinci, qabaqcıl bölmələrimizdən kifayət qədər məsafədədirlər. Yəni, düşmən əmindir ki, biz hücumu davam etdirəcəyik və o, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcək", - Lakiyçuk qeyd edib.
O, Ukrayna Silahlı Qüvvələrinin hücum sürətini də şərh edib:
"Bizim irəliləyişimizin sürəti azalır. Bu təbiidir. Çünki cəbhə sərhədimizdən uzaqlaşır, maddi-texniki təchizat çətinləşir, ikinci eşelonlar gətirilir, cinahlar gücləndirilir. Və hər şey eyni vaxtda edilməlidir".Becan.az