Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.
Xəbər verilir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.
Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı "Mi-8"-də turistlərin ola biləcəyini yazıb.
Rusiya İstintaq Komitəsi "Mi-8" helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Becan.az