Jurnalistin təcridxanada səhhəti pisləşib

10:37 23.10.2024 630
Jurnalistin təcridxanada səhhəti pisləşib

Kanal-13 İnternet televiziyasının rəhbəri əziz Orucovun istintaq təcridxanasında səhhəti pisləşib.

Bu barədə onun xanımı Lamiyə Orucova bildirib.

"Əzizin nevroloji problemləri yenidən kəskinləşib. Sol əlində titrəmə var. Əlini sabit saxlaya bilmir. Yuxusu pozulub, az yatır və bu, gün ərzində yüksək qan təzyiqinə səbəb olur. Bütün gün təzyiqi 180-ə yüksəlir. Böyrək faktoru da yüksək təzyiqə təsir göstərir. Əziz xroniki böyrək çatışmazlığından əziyyət çəkir", - Orucova deyib.

Onun sözlərinə görə, bir ay əvvəl jurnalist sistit xəstəliyinə tutulub.

"Əzizin ciddi müayinə və müalicəyə ehtiyacı var. Təcridxana şəraitində bu, mümkün deyil, çünki müayinə üçün müvafiq aparatlar və həkim-mütəxəssislər yoxdur.

Əzizə dərman yazıblar, ancaq onları qəbul etdikdən sonra vəziyyəti daha da pisləşib".

Penitensiar müəssisədən şərh almaq mümkün olmayıb.

Ə.Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikinti ittihamı ilə saxlanılıb və məhkəmə onu üç ay müddətinə həbs edib. Lakin dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Əziz Orucov bundan əvvəl, 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və ittihamı ləğv edib.(Turan.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO