İSMAYILLIDA DÖVLƏTƏ KİMLƏR XƏYANƏT EDİR? - Sahibkardan Prezidentə VİDEO MÜRACİƏT

12:23 6.09.2023 2 702
İSMAYILLIDA DÖVLƏTƏ KİMLƏR XƏYANƏT EDİR? - Sahibkardan Prezidentə VİDEO MÜRACİƏT

Ağsu rayonunun Ərəbuşağı kənd sakini, sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Bia.az-ın redaksiyasına yazılı və video şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı Rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:

"Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident, zati-aliləri Mehriban xanım Əliyeva, Baş prokuror, hörmətli Kamran Əliyev! Sizlərə bir daha müraciət edərək, bildirmək istəyirəm ki, mənim - Ağsu rayon, Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlərin heç biri üzləşdiyim problemin həllinə kömək etmir.

Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək, bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək, mənə məxsus heyvanları düzgün saymadan akt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək, verilən rəsmi sənədləri onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan çəkinərək, həmin ərazini, haqlı olduğum halda, mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq, bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdən komissiyanın rəyini onlara təqdim etsəm də, dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib, bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki, müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adının olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi.

Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək, bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən, səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il cəza verdirəcəyik. Bundan başqa, Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək, bu işdən əl çəkməyəcəyəm təqdirdə, məni şərlədib tutduracaqlarını, ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.

Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbuluna yazsalar da, orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə təlimat vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq, vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl, sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki, icra başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah da mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq, vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa, bir daha əziyyət çəkib, gəlmə bura, verdiyim telefon nömrəsinə zəng et, də, səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək, Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq, həmin nömrə ilə danışa bilmədim.

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev! Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də, mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident, Siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım, siz gördünüz ki, məktublarınıza cavab gəlmir, mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub, haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla, bütün işciləri vəzifəyə sanki Siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam İsmayıllının hakimi-mütləqidir, o, nə deyirsə, onu eşidirlər.

Cənab Prezident! İnandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir, Sizlərdən kömək istəyirəm.

Hörmətlə: Mürsəlov Azər Xandadaş oğlu".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}