Təcili: Əliyev və Paşinyan bu həftə sülh sazişi imzalayacaqlar - Məkan AÇIQLANDI

12:48 4.08.2025 1 561
Təcili: Əliyev və Paşinyan bu həftə sülh sazişi imzalayacaqlar - Məkan AÇIQLANDI

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Vaşinqtonda sülh sazişi imzalamaq üçün görüşə hazırlaşırlar.

Bu barədə ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoglu öz sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, cümə günü ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək.

Xatırladaq ki, iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən birbaşa danışıqlarda sülh sazişinin mətninin paraflanmasını ara variant kimi nəzərdən keçirmişdilər.

Məlum olduğu kimi, Azərbaycan sülh sazişinin imzalanması üçün əlavə şərt olaraq Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini, bu ölkənin Qarabağa olan iddialardan imtina etməsini, həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edir.

Ermənistan Konstitusiyasının bu qədər qısa müddətdə dəyişdirilməsi mümkün və real görünmədiyindən, rəsmi Bakı mart ayında razılaşdırılmış mətnin paraflanması variantını təklif edib. Bu baxımdan, Əliyev və Paşinyanın Vaşinqtona sənədin yalnız paraflanması üçün, yoxsa yekun sülh sazişinin imzalanması üçün dəvət olunduqları hələlik məlum deyil.

Son günlər ABŞ rəsmiləri bəyan ediblər ki, Azərbaycan və Ermənistan sülhün bir addımlığındadır. Bu yaxınlarda Bakı və İrəvana səfər etmiş respublikaçı senator Stiv Deyns ötən həftə “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində yazıb ki, Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında sülh prosesində əhəmiyyətli irəliləyişə nail olub.

“Prezident Tramp Cənubi Qafqazda - Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ərəfəsindədir. Bu, böyük bir nailiyyət - həm regional, həm də beynəlxalq sülhə töhfə verən və iştirak edən ölkələrin sərhədlərindən kənarda da iqtisadi faydalar gətirən növbəti addım olardı,” - deyə senator yazıb.

Onun sözlərinə görə, indi Ermənistan və Azərbaycan Rusiya təsirindən azad olaraq, ABŞ-ın prioritetlərinə uyğun gələn müstəqil gələcək vizyonuna doğru yönəlirlər. Region öz gələcəyini özü müəyyənləşdirəcək və bu gələcəyin əsasını ABŞ ilə tərəfdaşlıq təşkil edəcək. Bu tərəfdaşlıq isə təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da rifahın əsasını qoyacaq.

ABŞ Prezidenti Tramp 18 iyulda bildirib ki, tərəflər sülhə yaxındır.

“Ermənistan, Azərbaycan - biz orada bir möcüzə yaratdıq və bu (sülh sazişi – red.) artıq hədəfə çox yaxındır,” - deyə Tramp vurğulayıb.

Məlum olduğu kimi, Tramp administrasiyası həmçinin Zəngəzur dəhlizi ilə bağlı plan təqdim edib. Bu plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətlərinə ABŞ-ın özəl şirkəti nəzarət etməlidir. Görünür, Ermənistan tərəfi bu variantı qəbul etməyə hazırdır. Buna görə də Ağ Evin Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı da elan etməsi istisna deyil.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}