ABŞ Hörmüz körfəzində qalan gəmiləri çıxarmağa çalışırkən prosesə müdaxilə edən İranın 7 sürətli qayığını vurub.Xəbər verilir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib:
“Müdaxilə etmək istədilər. Əvəzində özlərinin dediyi kimi 7 “sürətli qayıq”ları vuruldu. Onlara qalan bu oldu”.BƏƏ də İranın hücumundan sonra Fuceyrə neft limanında yanğının baş verdiyini bildirib.
Gəmiçilik şirkəti olan “Maersk”dan BBC-yə bildirilib ki, onlara aid gəmilərdən biri ABŞ-nin hərbi mühafizəsi ilə – Trampın “Azadlıq layihəsi” adlandırdığı şəkildə boğazdan uğurla çıxıb.
ABŞ ordusu qayıqlara hücum etmək üçün helikopterlərdən istifadə edib.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, boğazda baş verənlər siyasi böhranın hərbi yolla həllinin olmadığını aydın göstərir.
İranın dövlət mediası isə 7 qayığın vurulmasını inkar edib. Bildirilib ki, körfəzdə iki kiçik yük gəmisi vurulub və 5 mülki şəxs həlak olub.
Becan.az