Ali Məhkəmənin yubileyi qalmaqala çevrilir

10:54 11.01.2023 2 150
Ali Məhkəmənin yubileyi qalmaqala çevrilir

Əkrəm Həsənov: "Ali Məhkəmənin tarixi 1923-cü ildən deyil, 1918-ci ildən başlanır"

Ali Məhkəmə saxta 100 illik keçirmək üçün hərəkətə keçib. Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, əslində Ali Məhkəmənin tarixi SSRİ dövründən (1923-cü il) deyil, ilk Cümhüriyyətimiz dövründən (1918-ci il) başlanır: “100 yox, 105 yaşı olacaq gələn il. Bu "100 illik"lə bağlı heç bir məqalə, araşdırma-filan ortalığa qoyulmur. Elə sadəcə yubiley və medal eşqi sezilir. Səbəbi sadədir - 1923-cü ildə Azərbaycan SSR-in Ali Məhkəməsi 23 fevralda yaradılıb. 1922-ci ildən həmin gün “Qızıl Ordu”, 1946-cı ildən “Sovet Ordusu”, hazırda isə Rusiyada “Vətənin müdafiəçisi” günü kimi qeyd olunur. Belə çıxır ki, medal təsis olunsa, növbəti ildə bizdə də 23 fevral bayram olacaq. 20 Yanvarı törətmiş qatillərin gününü bayram edəcəyik. Məhz buna görə də saxta 100 illiyin tarixi və konkret günü haqda bir söz demirlər. Onu da demirlər ki, ondan 2 gün sonra, yəni 25 fevralda Ali Məhkəmənin sədrinin 70 yaşı tamam olacaq.

Yeri gəlmişkən, 23 fevral Rusiya ilə bərabər hazırda Belarus, Tacikistan və Qırğızıstanda da bayram edilir. Bizdə isə Silahlı Qüvvələr Günü 26 iyundur. Əvvəl 9 oktyabr idi (1991-ci ildən). Lakin ümummilli lider ilk Cümhuriyyətimizin tarixini rəhbər tutaraq 26 iyunu təsdiq edib. Ali Məhkəmənin saxta yubileyi haqda qanun yalnız birinci oxunuşdan keçib. Gəlin 23 fevralın bayram edilməsinə yol verməyək..."

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır” - 06.08.2021, Sputnik Azərbaycan

Əkrəm Həsənov

Əkrəm Həsənov deyib ki, özü də Milli Məclisə müraciət edib: “Müraciətimi Ali Məhkəmənin saxta "100 illiyi" medalının təsis olunması ilə bağlı qanun layihəsi ilə əlaqədar Milli Məclisin saytından deputatlara göndərmişəm. Təəssüf ki, həmin bölmənin özü peycer kimi yalnız qısa müraciət göndərməyə imkan verir. Buna görə də müraciətimi 3 hissəyə bölüb göndərdim. Xahiş edirəm, imkanı olanlar da oxşar (və ya elə eyni) müraciəti etsinlər. Söhbət dövlətçiliyimizdən gedir!

Hörmətli deputatlar!

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi həqiqətə, dəyərlərimizə və konstitusiyamıza ziddir. Belə ki, Azərbaycanda Ali Məhkəmənin (yəni sonuncu instansiya məhkəməsinin) tarixi 1923-cü ildən deyil, 1918-ci ildən başlanır. Yəni SSRİ deyil, Azərbaycan Xalq Cümhuriyyəti dövründən. Belə ki, Ali Məhkəmə səlahiyyətlərinə malik olan Azərbaycan Məhkəmə Palatası 14 noyabr 1918-ci ildə təsis edilmişdir. O, dairə məhkəmələrinin fəaliyyətini yoxlamış, onların qərarlarından apelyasiya şikayətlərinə baxmış və digər vəzifələri yerinə yetirmişdir.

Diqqəti ona çəkmək isəyirəm ki, Ali Məhkəmənin işlərə hansı icraatda (apelyasiya və ya kasasiya) baxması önəmli deyil. Üçpilləli (birinci instansiya, apelyasiya, kasasiya) məhkəmə sistemi bütün dövlətlərdə üzunmüddətli tarixi proseslər əsnasında formalaşıb. İlkin mərhələdə hər yerdə əsasən ikipilləli məhkəmə sistemi olub və Ali Məhkəmə (adından fərqli olmayaraq) indiki anlamda apelyasiya instansiyası məhkəməsi olub. Ali Məhkəməni səciyyələndirən onun ən yuxarı məhkəmə instansiyası olmasıdır. 1918-ci ildə təsis edilmiş Azərbaycan Məhkəmə Palatası da məhz belə statusa və səlahiyyətlərə malik olub.

Yeri gəmişkən, 1923-cü ildə yaradılmış Azərbaycan SSR Ali Məhkəməsi o cümlədən birinci (!) instansiya məhkəməsi kimi xüsusi əhəmiyyətli işlərə də baxırdı. Tarixdən bilirik ki, bolşeviklər üçün xüsusi əhəmiyyətli işlər “sinfi düşmən”lərə qarşı işlər idi. Yəni məhz bu Ali Məhkəmə birbaşa birinci instansiya məhkəməsi olaraq ziyalı elitamızı repressiyaya məruz qoymuşdur. Biz bu Ali Məhkəmənin yubileyi münasibətiləmi medal təsis edirik? Adətən yubileylər olanda, aidiyyəti tarixə dair məqalələr və s. dərc olunur. Harada dərc olunub belə məqalələr? Etsinlər, baxaq, görək, 100 il əvvəl nə ilə məşğul olub bu Ali Məhkəmə? Etmirlərsə, bəs onda nəyə əsasən təsis olunur bu medal?

Konstitusiyamızın preambulasına əsasən, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər əsas götürülməlidir. Həmin Akta görə isə 1920-ci ildə Rusiya Cümhuriyyətimizi işğal edib, dövlətimiz həmin Cümhuriyyətin varisidir, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır. Deməli, həmin işğalçı dövlətin tarix və ənənələrini bayram etmək yolverilməzdir!

Xatırladıram ki, məsələn, Silahlı Qüvvələr Gününü 23 fevralda qeyd etmirik. Əbülfəz Elçibəyin 1992-ci il tarixli fərmanına əsasən, 1991-ci ildə Azərbaycan Ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr Silahlı Qüvvələr Günü elan edilmişdi. Lakin ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən həmin fərman qüvvədən düşüb və 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edilib. Bu tarix 26 iyun 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun yaradılması haqda qərarın qəbulu ilə bağlıdır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}