Bizi xəstələndirən amillər: qeyri-sağlam qidalar, stress, pis vərdişlər - Həkim məsləhəti

12:18 10.02.2023 1 488
Bizi xəstələndirən amillər: qeyri-sağlam qidalar, stress, pis vərdişlər - Həkim məsləhəti

Musavat.com Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin msahibəsini təqdim edir:

- Zakir həkim, ilk öncə bilmək istərdik ki, immun sistemin zəif olmasını göstərən əlamətlər hansılardır?

- İmmun sistemi bədənimizdəki bütün orqan və hüceyrələri əhatə edən müdafiə sistemidir. Bu sistem sayəsində təbiətə uyğunlaşırıq. Belə ki, immun sistemi orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur. İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır. Məsələn, qışda 3-4 dəfə yuxarı tənəffüs yollarının infeksiyasının olması şəxsin immun sisteminin zəif olmasından xəbər verir.

İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir.

- İmmuniteti zəiflədən qidalar və vərdişlərə nələr daxildir?

- İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir.

Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir.

Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir.

- Bəs hansı təbii vasitələrlə immuniteti gücləndirmək mümkündür?

- Bizim orqanizmə hansı qidaların lazım olduğunu bilmək sağlamlığımız və güclü immun sistemimiz üçün çox vacibdir. Daha güclü immun sisteminə sahib olmaq üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

Bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək;

Bədənimizin mayeyə olan ehtiyacı qədər su için. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin;

Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış elmi araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet arasında birbaşa əlaqə var;

“Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq, immun sistemə çox da müsbət təsir göstərmir;

Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir;

Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək sağlamlığın qorunmasına və möhkəmlənməsinə kömək edir;

Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini aktivləşdirir;

Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə) mümkün qədər uzaq olmaq;

Əsəb və stressdən maksimum uzaq durmaq lazımdır.

Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır.
Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır.

- Həkim məsləhəti olmadan qəbul edilən antibiotik və dərmanlar immun sisteminə təsir edə bilərmi?

- Hər hansı bir xəstəlik törədən amilin orqanizmə daxil olduğu andan etibarən bədənimizdə müdafiə mexanizmi yaranır. Xəstəlik törədən antigenlərin müxtəlif anticisimlərlə orqanizmdən çıxarılmasını təmin edən bu sistem, həmin amillə qarşılaşdıqda müxtəlif xəstəlik törədicilərinə qarşı müdafiə inkişaf etdirir və orqanizmin davamlı qorunmasını təmin edir.

Bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotiklər və buna bənzər dərmanlar immun sistemin həmin xəstəlik törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf etməsinə mane olur. Misal üçün, xəstədə hər hansısa bir virus mənşəli infeksiya varsa, istifadə edilən antibiotik mualicəsi sağalma periodunu uzada, hətta xəstəliyi daha da ağırlaşdıra bilər.

İmmun sistemin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda müalicə və ya xəstəliklərdən qorunmaq üçün həkim nəzarətində dərmanlara üstünlük verilməlidir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO