ABŞ qırıcıları Kanada üzərində uçan naməlum obyekti vurub
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Kanada ilə sərhəddə uçan naməlum obyekt vurublar.
Bu barədə məlumatı Pentaqonun mətbuat katibi general Pet Rayder açıqlayıb.
Onun sözlərinə görə, sözügedən obyekt ölkə Prezidenti Co Baydenin göstərişinə əsasən, Huron gölü üzərində vurulub.
Rayder qeyd edib ki, obyekt yerdə hər hansı məkana qarşı hərbi təhlükə daşımasa da, uçuşların təhlükəsizliyinə təhdid yaradıb.
Məlumata görə, bu, ABŞ və Kanada ərazisi üzərində vurulan 4-cü obyekt olub.
Becan.az