“Bir bölük boşboğazıq, heyvərəlik adətimiz...”

16:43 13.02.2023 1 136







Oktay ŞAMİL









Bu “azərbaycanlı” dediyin əksəriyyətlə sadədil, avam, bir az da cəhalət adamlarıdı. Sünni-şiə məzhəbi üstündə hələ də cırmaqlaşıb cırlaşırlar. Nə olsun Üzeyir bəyləri var, Qara Qarayevləri var. Xaqaniləri, Nizamiləri, Füzuliləri, Nəsimiləri var. Hara qədər də desən tayfaçılardı...

Bunlar heç bir qayda-qanun tanımaz, hüquqi işlərlə araları olmaz (At alanda da belədi, arvad alanda da...). Azadlığın hardan başlayıb, harda bitdiyini də ağıllarına gətirməzlər.

Amma sən bunların “avamlığına” baxma, dosyelərini qaldır, “adamlığına” bax! Çoxu fırfıra-fırıldaqdı. İy çəkir. Paxır paxıllıqları Kür çayı kimi aşıb-daşır, kinküdurətləri ölkə dolaşır. Üzeyir bəy demişkən, qonşuları heç nədən fil qayırdığı halda, bunlar heç siçan da düzəldə bilmir, amma öyünürlər... İftiradan, şərdən, böhtandan da çəkinmirlər.

Azərbaycanlınınkı yorğandı! Yatıb yuxusunda görsün qabağa gedib, inkişaf edib, ermənini ötüb. O biri millətlər geridə qalıb. Bir çoxu havayı pullar hesabına hörüldəyir, guruldayır. Düşmənə göz dağı Çingiz Abdullayev kimi iri miqyaslı yazıçıya sadə Bakı ləhcəsində danışmasını nöqsan tuturlar.
Özünə vurğun bu yaltaq-yalaq-yalançı buqələmunlar dünyanı görmür, özlərindən də xəbərləri yoxdu. İş yerinə gedəndə elə bil də padşahdı, ovdan qayıdır, “şəhər darvazasından” daxil olanda mütləq toplardan yaylım – salam atəşi açılmalıdı.

Hə, indi aydın olur bu ölkədə yumor hissi niyə çatışmır. Mirzə Cəlili, Sabiri, Əziz Nesini, Bronislav Nuşiçi, Jivanetskini, Zadornovu və b. niyə oxumurlar. Bir parası yatıb, bir parası da yalançı – “fake” siyasətlə başını qatıb. Bunlarınkı ancaq lağlağıdı, lətifələr danışıb hırıldasın, ekranlara meyxanaçı çağırıb çırtı çalsın, avam camaatı əyləndirsin.

Gün əyiləndə isə dünyaca şöhrətli Rüstəm İbrahimbəyovu uşaq kimi qabaqlarına qoyub “hürriyyət dərsi” keçirlər. Anar boyda möhtəşəm yazıçı-ziyalını iftiralı ittihamla töhmətləndirirlər. M.Ə.Sabirin Bakıdakı heykəlini didib-didişdirir, əlləşdirirlər. Deyirlər, Sabir köhnəlik əlamətidi, o vaxt şeirdə əllaməlik edib, yenilikçi bizik, şəhərin mərkəzində onun nə işi qalıb?!..

Əl atıb XIX yüzillikdəki Mirzə Fətəlini “tərbiyə” edirlər. Bir az da qabağa gedib Füzulini “islaha” çağırırlar. O nədi yazıb “səccadəyə ayaq basma, təsbehə əl vurma, namaz əhlinə uyma, onlar ilə oturma, durma...”?..

Son 30 ildə öyrəndikləri ancaq hüldü, feldi, biclikdi. Bu fırfıra-fırıldaqlar 20 Yanvardan “priblizitelno” dekabrın axırına kimi, il-on iki ayın dörddə birini “qara bayrama” çeviriblər. Ölkədə hər gün “aldatma günü”dü. Bunlar elə tərbiyənin sahibidi R.İbrahimbəyovdan çox asanlıqla imtina edir, özlərinə bab bir dələduzu, məsələn, “dost” tuturlar. Çünki o dələduz da haçansa bunların əlindən tutub.

Çayın o biri üzü də eynən bu cürdü. Yazıçı Anarı qaralayıb, məsələn, “hərəkat”dakı bir zəvzəyi “dost” tuturlar. Bu ölkədə gərək heç bir işə – “yaxşıya-pis”ə qarışmayasan, qarışsan dünyanı qarışdıracaqlar.

XXI yüzilin azərbaycanlısı bu gün XIX yüzilin mağmun Amerika zəncilərini xatırladır. Onun-bunun qapısını süpürüb evini təmizləyir. Əlləşib-çalışır, xidmət göstərir, axşamlarsa evinə 5-3 manatla qayıdır...

Vaxtilə “Pol-Potçu”, “kolxozçu” olmuş bir çoxunun övladı indi “demokratdı”. Amma “kökaltı” demokratdı! Bu “uğursuz şeytanlar” (Con Milton!) getdikcə quduzlaşdı, aşıb-daşdı... Aşıb-daşdıqca da həqiqətdən uzaqlaşdı, mənasızlaşdı...

Son məqamda təxribata əl atdılar. Saç yoldular, 5-10 “lider”in rəğbətini qazanmaq üçün özlərinə əl qatdılar.

O zaman Elmlər Akademiyasında, türmələrdə, orda-burda ələ alınmış bu qondarma bəylərə xalq xüsusi ad qoyub, ayama vermişdi. Mən, indi o adamları, adları, ayamaları xatırlatmaq niyyətində deyiləm.

Bu gün ölkədə onlarla ictimai təşkilat var, Birliklər mövcuddu! Amma heç birinin adı hallandırılmır. Hallandırılan yalnız Yazıçılar Birliyi və Anardı!
Nədən?

Çünki Anar və Yazıçılar Birliyi öz işi ilə məşğuldu. Həm də Anar yaxşı bilir bunlar “Nuh əyyamında” Yazıçılar Birliyindən yararlana bilməyən “yaralı durna”lardı. Yaraları hələ də sızıldaşır.

Bizim istedadlı şairimiz Ramiz Rövşən ölkə başçısından mənzil hədiyyə aldı. Həmin “cır-bır”çılar yenə yaxalarını cırdı, “Ramiz Rövşən də satıldı” – dedilər. Ünvanına yağlı-yavan nə var dedilər. Prezidentin istedadlı bir yazıçıya “mənzil hədiyyə”si niyə xəyanətdi, mən bilmirəm...

Dəhşətlisi budur, evdə-çöldə-məişətdə, ictimai yerlərdə tualetlə davranmağı bacarmayanlar, evi-eşiyi süpürüb zibili həyətə atanlar, çoxmərtəbəli binanın balkonunda cücə çıxaranlar da indi ziyalılara ağıl öyrədir, yol göstərir...

Xəyanət o deyil ölkə başçısından hədiyyə alırsan. Xəyanət odu informatorlar bu millətə “mərəz”li və “qərəz”li yalanlar sırıyır, avam camaatı aldadıb xal qazanırlar.

Sözün proyeksiya foksunu pozub kağıza yayan bu “cırmağistlər” (ifadə Anarındı!) sözü hərf-hərf, nöqtəbənöqtə işıqlandıran yazıçıları indi bəyənmir, hətta onlara qənim kəsilir, imkan düşdükdə isə sancırlar. Belələri “poetika”dakı “təkrir”i də yəqin “təkrar” kimi başa düşür. Sözlərin bəkarət donunu soyundurub abırsızlaşdırırlar. Bu ədəbsizlik deyil, bə nədi?

30 il, bəlkə 35 il öncəki sübutsuz-dəlilsiz məsələləri cırmaqlayıb-eşib, hardansa oxuyub-eşidib “net” şəkildə “əkə” ittihamlar irəli sürürlər. İşin kökünə-köməcəsinə gedib çatanda, görürsən, bu, açıq-aşkar şər-böhtandı, iftiradı, qərəzdi. Hansı əyri niyyətinsə təzahürüdü.

Bunlara qalsa, məsələn, deyər (özü də yüz faiz deyər – O.Ş.!), ölkəyə “Covid-19” pandemiyasını da Yazıçılar Birliyi, Anar gətirib!..

Anar Anardı! Heç şübhəsiz iftixar yeridi! On milyonluq xalqın, ən azından, yarım milyonu övladına “Anar” adı qoyub. Təkcə bu fakt kifayətdi “bir nömrəli” Anarın nəçiliyini, necəliyini dərk edəsən. Amma bunlar o dərrakənin sahibi deyil. “Anar” sözü bunlara tətikdə olan təkaçılandı.

Belə baxanda, əqidəsi bilinməyən bu “cüllütlər” evdə-işdə-məişətdə, hər yanda tanınmış ölkə qartallarına “Vətən sevgisi” dərsi keçirlər. “Qah-qah, qəribə gülməlisiniz, xaniman-xarablar!...”

M.Ə.Sabir hələ o vaxtdan bu əzvayları görüb-bilib-tanıyırmış. Belələri “priblizitelno” hər zaman olub, hər “fəsildə-nəsildə” mövcudmuş:

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan,
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəl-kələfiz biz!

***
“Hərəkatçı”lardan bir çoxu indi ekrana çıxıb az qala “siyasi ekspert” kimi danışır. Keçmiş səfir İsfəndiyar Vahabzadə demişkən, biri elə Nazirlər Kabinetində “təkər alveri” ilə məşğul olmuş Ramis Yunus Barseqyandı...

Bəxtiyar Vahabzadənin, Anarın, Yazıçılar Birliyinin adı çəkiləndə bu adam daş atıb, başını tutur. O vaxtkı hərəkatdan, hərəkatçılardan özünə bab olanları yuyub təmizə çıxarmağa çalışır.

Ərəstun (bəlkə Aristotel?) Oruclu adında daha bir “dilli-dilavər dil pəhləvanı” da “Bizim vaxtımızda (o AXC-ni nəzərdə tutur!) İcra başçıları cəbhə bölgələrində vuruşurdu” – deyir. Bir nəfər istisna olmaqla, bu cılğa yalandı! Özü də ağ yalan! Fərarilik elə sizin dönəminizdən başlayıb. Silahı təhvil vermədən “daban-56” deyib, əkilirdilər...

Qazan deyir içim qızıldandı, çömçə deyir, bulanıb çıxmışam, özünü mənə tanıtdırma...

Bəy Ərəstun hələ də dərk etmir həqiqi yazıçı (yazançı yox!) tamam fərqli soy-kökdəndi. Sizdən fərqli, onların tək bir amalı – missiyası var, heç vaxt da avantüraya getmirlər...

***
O qarışıq illərdə ölkə gerçəkdən çökmüşdü. Biçarə qaçqın-köçkünlər o vaxt SSRİ Ali Sovetinin deputatı olmuş yazıçı Anara pənah gətirirdi. O da öz xarakterinə uyğun xeyirxahlığını əsirgəmirdi (Demirdi bu qarabağlıdı! Bu şirvanlıdı, bu gəncə-basarlıdı! Bu gürcüstanlı-ermənistanlı-naxçıvanlıdı!). Ədalət naminə yuxarı instansiyalara ağız açıb, köməklik göstərirdi. Salyanlılar demişkən, indiki bu “eycahanlıq” dönəmində Anarla daş-tərəziyə girmək istəyənlərin sayı qat-qat çoxalıb, hətta özlərini Anardan ağıllı, ağır-sanballı hesab edirlər...

***
O zamankı hakimiyyətlərin çökdürülməsindən, torpaqların “səriştəli şəkildə” təhvil verilməsindən bir kəlmə belə danışılmır. O dəqiqə bilinir, “dünyanın Andro-medio dumanlığında” tüstülənən bu ocaqlar hələ söndürülməyib. Tariximizin həqiqi səhifələri qəsdən qarışdırılır, yeni nəsillər çaş-baş salınır, həqiqətlər ört-basdır edilib gizlədilir.

Bunlar qrup şəklində hərəkət edən siyasi viruslardı. Öz uşaqlarını da bu ruhda tərbiyə edirlər. Diqqətlə baxsanız, tanıyacaqsınız. Türkiyəni də belələri qarışdırır...

“Armayıs” adını daşıyanlar sonradan “Mayıs” çağrılsalar da, armayıslıqlarını tərgidə bilmirlər. Yəhudilər almanlara bir bu qədər heç nifrət bəsləmir, bu “şayka” uşağı ziyalılara nifrətlidi. Erməni dilini bilən bunlar, kreslodan yana dədə-baba tor-paqlarını erməniyə təhvil verən bunlar, evlərində “erməni” təmayülü ilə böyüdülüb bəslənən həmin bu siyasi pinəçilər... Di gəl, özgəsinin gözündə qıl axtarır, bu xarakterlə də irəliləyib vəzifə tuturlar...

Bunlar məşhur Zəndilərdi, Anar müəllim! Erməni və kürd xarakteriylə böyüyənlərdi. Sizdən təkcə layiq olmadıqları fəxri adları, mükafatları qoparmaqla kifayətlənən deyil bunlar, hansı yolla olur-olsun altınızdakı kreslonu, daşıdığınız vəzifəni də qoparıb Kərim xan Zəndə ötürmək istəyirlər. Günün reallığı, bax, budur...

Düşmən ocaq başındadı, “BÖYÜK İNSANLIQ”, inciməyin!
Şayiələrdi, gəzir, qanad açıb süzür, hamı da elə bilir qu quşudu.
Amma Zamanın gərdişidi, inciməyin!
“Tayfa” uşağıdı, Öcalan kimi “hayıfa” çalışır, yığışıb-kürləşib-birləşiblər.
İnciməyin!
Başlarında o illərin havasıdı. “Dava yorğan davasıdı”, inciməyin!..

Biri şeir adına “nəzm” yazır, tez aparıb yapır!
O biri “hekayə” adına “hekayət” ya¬zır, hər gün də tərifləyir, təriflətdirir...
Sonra görür “hekayə”si alınmır, “roman” yazır!
Qəzetlərdə, saytlarda çeşid-çeşid resenziyası da hazır...
Əmin olanda “romanı” da alınmır, “dastan” düzəldir.
İş orasındadı Haqdan gələn nida kimi “dastan”ı da alınmır, “bostan” düzəldir, düzəltdirir!
İşıq çəkdirir, reklamın verdirir, yan-yörəsini bəzətdirir...
Bu, Zamanın gərdişidi, inciməyin!
Bunlara Zəngibasar-Qarabağ yox, “qara camaat” yox, “qarantı” üstündə kreslo lazımdı,
Anar müəllim, inciməyin!

***
44 günlük müharibənin bu vətənşüvənlərə əlbəttə, dəxli yoxdu. İndi onlar cürbəcür nöqtələrə daş atmaqla məşğuldu. Amma faşist ermənilərlə ölüm-dirim savaşına girən ordumuz gerçəkdən ağılasığmaz qəhrəmanlıqlar göstərdi.

44 gün ötdü, mənim 21 yaşlı əsgər övladım Fərid Mirzə oğlu Şamilov da Şuşa döyüşlərinin ən sonuncu günü həlak oldu, şəhidlik zirvəsinə yüksəldi.
Səhəri gün yas içində, hüznlü olmağıma baxmayaraq, mənə elə gəldi savaşın 45-ci günü ötən yüzilliyin 45-ci ilindəyəm. Yenilməz ordumuz təkcə erməni faşistləri üzərində yox, dünya faşizmi üzərində qələbə çalıb. Kinolardakı kimi onları gül-çiçəklə qarşılayırlar.
Bu parlaq qələbədə bircə gün çatmadı siqlətcə onu dünya faşizmi üzərindəki qələbəyə çatdırsın. Amma gerçəkdən oxşarlıqlar mövcuddu, özü də az deyil.

Almanlar Moskvanın 18 km-liyinə gedib çatmışdı. Stalinqradı fasiləsiz bombardman edirdilər...
Erməni faşistləri də Qarabağı halaylayıb götürmüşdü. Zəngibasarı xarabazara çevirmişdi. Namusumuz düşmən tapdağı altındaydı. Şükür Allaha, ordumuz nəhayətdə öz sözünü dedi.

Bu illər ərzində ordunun təchizatı yüksək səviyyədə aparılıbmış. Əsgərlərimiz ən yeni döyüş sursatlarıyla təchiz edilib hazırlaşdırılıbmış. Hər şey yüz ölçülüb, bir biçilibmiş. Bu səbəbdən də 44 günlük döyüşlərdən alnı açıq, üzü ağ çıxdıq. Dünyaya bəyan etdik, Güney Qafqazda ən yenilməz ordu Azərbaycan Ordusudu! Bu gün onunla “zarafatlaşmaq” qeyri-mümkündü.

***
Azərbaycanın o illərdəki qaranlıq qatları qalır bir qıraqda, “20 Yanvar”, Xocalı qırğını, Qarakənddəki vertolyot qəzası 30 ildi üstüörtülü qalır. O hadisələri ortaya çıxaran yoxdu. Əqidəsi bilinməyən cüllüt bir köşə yazarı 40 il sonra qazaxlılar demişkən “beqafıl” oyanıb, əbləhcəsinə soruşur:
– Ötən əsrin filan-filanıncı tarixində yazıçı Anar Ə.Vəzirovun qəbuluna niyə getmişdi?..
Heç sözdü? Qarabağlılar demişkən, “day saa sözüm yoxdu!”

A dalmaçiyalı dermokrat, Ə.Vəzirov məgər “xalq düşməni”-zad olub? Onda gərək Vəzirova görə Azərbaycanın önəmli neçə faizini “xalq düşməni” çıxaraq. Belə olmur axı “gözüm-canım-əfəndim, sevdiyim, dövlətli sultanım!”.

Ziyalılarla görüşə Vəzirov özü can atırdı. O vaxtkı “bərkgedən” “hərəkatçıları” da sərbəst şəkildə qəbul edirdi. “Açıq qapı” siyasəti yürüdürdü... Buna siyasi don geyindirməyin nə mənası?

Çox təəssüf, indiki “köşə” yazarları, bloggerlər, televiziya jurnalistləri hadisəni öyrənmədən, bilmədən, işin kökünə-köməcəsinə çatmadan məsələyə kənardan don geyindirib avam kütlə arasında xal qazanmağa çalışır.

Bu mənada Ədalət Tahirzadə ilə Hacı Zaminin Anara qarşı qərəzli mövqeyi bir yana, bunlarda heç “üzristəmə” mədəniyyəti də yoxdu...

Anar müəllim, yerinizə olsam, vallah, mən o kreslonu elə bu gün xarakir edib, bağırsaqlarını tökərəm çölə. Görək içindəki, təbrizlilər demişkən, nəmənə şeydi, tamah uşağı niyə bir belə bu kresloya tamahlanır!?..

Professional tarixçilər qələmə aldığı tarixi ideyalar, ideolojilər üzərində qurur. Ona görə də, mən, H.Zamindən fərqli olaraq, yeni tariximizi “baş-ayaq” edib, cəfəngiyyat yazan, ideolojisi bilinməyən, məsuliyyətsiz tarixçi Ə.Tahirzadəyə yox, digər bir Tahirzadəyə – hamının tanıdığı, bildiyi, etibar etdiyi Mirzə Ələkbər Sabir Tahirzadəyə zamin durub, “Hop-hop”dan bəzi nümunələri ver¬məklə, öz vətəndaşlıq missiyamı yerinə yetirmiş hesab edirəm.

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz...

***
...Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürsək, ona qarşı olarıq.
Birinə diş qıcadıb, bəzinə quyruq bularıq...

***
...Danışıb söyləşərik, hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü-hədyan olsun.
Hər kəsə bağlayarıq hər cürə böhtan olsun...

***
...Hər kəsin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!..

21 dekabr, 2021-ci il.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

13:02

Amerikalı reper Ermənistanı aldadıb - 6 milyon dollar

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO