Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub.
Xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək, onu döymək istəyib.
Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib:
"Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək, mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib".
Faktla bağlı araşdırma aparılır.(GündəmXəbər)
Becan.az