Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.