Dünyanın ən güclü orduları sırasında TÜRKİYƏ 11-ci yeri tutur

15:52 5.01.2023 2 150
Dünyanın ən güclü orduları sırasında TÜRKİYƏ 11-ci yeri tutur


“Global Firepower” adlı internet saytı dövlətlərin müdafiə büdcələri, personal sayı, silah sənayesindəki texnoloji inkişaf, işçi qüvvəsi və nəqliyyat vasitələrinin sayı kimi meyarlar nəzərə alınmaqla hazırlanan 2023-cü il üçün siyahını dərc edib.

Musavat.com xəbər verir ki, 297 min əsgəri olan İtaliya siyahıya 10-cu yerdə qərarlaşıb. Cəmi 197 tankı olan İtaliya dəniz gücü ilə ön plana çıxıb. İtaliya donanmasının 213 parçadan ibarət olduğu açıqlanıb.

Fransa toplam 850 təyyarəsi olan İtaliyadan bir pillə üst cərgəsindədir. 415 min əsgəri olan Fransa ordusunun inventarında 222 tank, 1000-dən çox təyyarənin olduğu bildirilir. Fransa ordusunun donanması 126 parçadan ibarətdir.

Siyahıda 8-ci yerdə olan Yaponiyanın 309 min nəfərlik ordusu var. Yaponiya donanması 155 hissədən ibarətdir. 1451 təyyarəsi olan yapon ordusunun tanklarının sayı 1004-dür.

Yaponiyanı geridə qoyan Pakistan 1,7 milyonluq ordusu ilə diqqət çəkir. Pakistanın 1413 təyyarəsi və 3742 tankı var.

Siyahının 6-cı pilləsində qərarlaşan Cənubi Koreya ordusunun 1 milyon 130 min nəfərlik ordusu var. Ordunun inventarında 1602 təyyarə və 2331 tank mövcuddur. Cənubi Koreya donanması 157 hissədən ibarətdir.

Cənubi Koreyanı geridə qoyan İngiltərə ordusu 231 min nəfərdən ibarətdir. 663 təyyarəsi olan Britaniya ordusu 227 tank və 73 hissədən ibarət donanmaya malikdir.

Siyahıda 4-cü yerdə olan Hindistan böyük ordusu ilə diqqət çəkən ölkələrdəndir. 5 milyondan çox əsgəri olan ordunun inventarında 2210 təyyarə və 4614 tank var.

3-cü yerdə Çin 3 milyon 150 min nəfərlik orduya ev sahibliyi edir. 3284 təyyarəsi olan Çində tank sayı 5 minə yaxındır. Son məlumatlara görə, Çin Hərbi Dəniz Qüvvələri 730 hissədən ibarətdir.

Siyahıda ikinci yeri Ukraynada müharibəni davam etdirən Rusiya tutub. 1,3 milyon əsgərdən ibarət Rusiya ordusunun inventarında 4 mindən çox təyyarə, 12566 tank və 12 minə yaxın top olduğu açıqlanıb. Rusiya Hərbi Dəniz Qüvvələrində 598 gəmi var.

Siyahının başında gələn ölkə yenə ABŞ olub. 2 milyona yaxın əsgəri olan ordunun inventarına 5500 tank və 2500 top daxildir. ABŞ-ın hava qüvvələri 13300 təyyarə və helikopterdən ibarətdir. Donanma 484 hissədən ibarətdir.

Siyahıdakı yerini qoruyan Türkiyə 11-ci yerdə qərarlaşıb. 775 min əsgər ordusu olan Türkiyənin inventarında 1000-dən çox təyyarə, 2229 tank və 3 min silah var.

Türk donanmasının 154 parçadan ibarət olduğunu bildirən Global Firepower sualtı qayıq sayının 12 olduğunu açıqlayıb.

2023-cü il hesabatına görə, Türkiyə Yunanıstan, İspaniya, Misir, İran, İndoneziya və Polşa kimi ölkələri geridə qoyub.

Dünyanın ən zəif ordusu 145-ci yerdə olan Brutandır.
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}