Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibənin birinci ildönümü ilə əlaqədar zəng edib.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, telefon danışığında liderlər müharibənin bir ilində baş vermiş hadisələrə münasibət bildiriblər.
Məlumata görə, Türkiyə Prezidenti ukraynalı həmkarına zəlzələnin nəticələrinin aradan qaldırılması məsələsində həmrəylik nümayiş etdirdikləri üçün təşəkkürünü bildirib.
Ərdoğan Rusiya-Ukrayna arasında sülhün yaranması üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıb.
Becan.az