Ukraynanın axtarış-xilasetmə qrupu baş vermiş faciəli zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək üçün Türkiyəyə yardıma gedib.
Prezident Volodimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynanın axtarış-xilasetmə qrupunun Türkiyə xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini söyləyib.
Becan.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ukraynanın dövlət başçısı türkiyəli həmkarına dəhşətli zəlzələ hadisəsi nəticəsində dünyalarını dəyişmiş çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı da verib.