Laçın-Xankəndi yolundakı aksiyanın sədası ABŞ-dan gəldi

15:23 25.01.2023 1 434
Laçın-Xankəndi yolundakı aksiyanın sədası ABŞ-dan gəldi

Hazırda Laçın-Xankəndi yolunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri dinc aksiyanı davam etdirirlər. Azərbaycanlı ekofəalların və ictimaiyyət nümayəndələrinin mövqeyində israrlı olmaları, ölkəmizə məxsus faydalı qazıntı yataqlarının ermənilər tərəfindən istismar edilməsinə dözməmələrinə beynəlxalq aləmdə də haqq qazandıranlar var. Məsələn, Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında və Pakistanın nüfuzlu Pakistanintheworld.pk, xəbər portalında bu aksiya ictimailəşdirilib.

Media nümayəndələri ilə yanaşı, tanınmış elm xadimlərinin də aksiyanı dəstəkləmələri ölkəmizin haqq işi uğruunda mübarizəsindən xəbər verir. Aldığım məlumata görərə, Azərbaycan-Pakistan əlaqələri” mövzusunda Lahor Dövlət Kollec Universitetində keçirilən beynəlxalq konfransın iştirakçıları, pakistanlı müəllim və tələbələr, ölkənin elmi ictimaiyyəti Qarabağda Xankəndi yolunda Azərbaycan vətəndaşlarının ekoloji terrorizmə qarşı keçirdikləri etiraz aksiyasına dəstək nümayiş etdirərək həmrəylik ifadə ediblər. Lakin bir sıra qərəzli beynəlxalq təşkilatlar və anti-Azərbaycan qüvvələr ölkəmizin sürətli inkişafından xoflanaraq həmişə olduğu kimi, respublikamıza şər-böhtan yağdırır, guya, bu aksiyanın Qarabağda yaşayan ermənilərin boykot edilməsi ilə əlaqələndirirlər. Belə qurumlardan birinin də Avropa Parlamentinin olması artıq hər kəsə aydındır. Təbii ki, Avropa Parlametinin siyasi riyakarlığı uzun müddətdir ki, davam edir. Bu dəfə də ölkəmiz haqqında qeyri- obyektiv qətnamə qəbul etməs ermənilərin işğalçılıq siyasətini dəstəkləməsinin növbəti təzahürüdür. Bu təşkilat bölgəni fəlakətə sürükləməyə xidmət edir . Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamə Cənubi Qafqazda sülhün deyil, birmənalı şəkildə Ermənistanın yürütdüyü işğalçılıq siyasətini dəstəklənməsinin bariz nümunəsidir.

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə obyektivlikdən tamamilə uzaq, qərəzli, yalanla dolu, böhtan xarakterli bir kağız parçasıdır. Bununla da Avropa bir daha öz simasızlığını, ikiüzlü siyasətini açıq şəkildə biruzə verdi. Avropa Parlamenti Ermənistanın revanşist siyasətinə dəstək verməklə bölgədə sülhün, sabitliyin təmin olunmasına deyil, onun dondurularaq, gərginliyin davam etməsində maraqlı olduğunu nümayiş etdirmiş oldu.

Artıq beynəlxalq ictimaiyyət də Avropa Parlamentin ermənipərəstliyindən və ölkəmizə qarşı qeyri-obyektiv münasibətindən xəbərdardır. Bugünlərdə ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərkən Avropa parlamentinin riyakar siyasəti bir daha işfa olundu. İlk növbədə, qeyd edim ki, Laçın- Xankəndi yolundakı aksiyanın sədası artıq ABŞ-dan da eşidildi. Xəbər verildiyi kimi, telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını bildirib. ABŞ rəsmisinin diqqətinə çatdırıb ki, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidi təmin olunub. Onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur.. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Göründüyü kimi, həm Avropa Parlamentinin, həm də digər qərəzli beynəlxalq təşkilatların, o cümlədən Fransa kimi ermənipərəst dövlətin aksiyaya qeyri- obyektiv yanaşmaları bir daha özünü göstərdi. Azərbaycan haqq işi uğrunda mübarizəsini davam etdirir və bu yoldan ölkəmizi hər hansı bir təhdid və təzyiq dayandıra bilməz.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}