Xoya çağırılmamış gələn “qonaq”lar - Tehran rejimi Güney Azərbaycanda “Qarabağ münaqişəsi” yaratmağa çalışır

12:59 10.02.2023 1 117
Xoya çağırılmamış gələn “qonaq”lar - Tehran rejimi Güney Azərbaycanda “Qarabağ münaqişəsi” yaratmağa çalışırTəbii fəlakətdən sui-istifadə etmək bütü insani hisslərdən məhrum olmaq deməkdir. İranın Qərbi Azərbaycan vilayətində baş vermiş zəlzələ də insani hisslərdən məhrum olmuş “müsəlman dövləti” üçün fürsət yaradıb.

Uzun illərdir, İran hakimiyyəti Qərbi Azərbaycan əyalətinə başqa etnik qrupların köç etməsinə göz yumur. Bu qanunsuz əməldə Tehran rejiminin əsas hədəfi, Türkiyə ilə sərhədboyu ərazini türklərdən təmizləmək və perspektivdə ölkədə vəziyyətin daha gərginləşəcəyi halda etnik qruplar arasında münaqişə salıb, onları başlıca hədəfdən yayındırmaqdır.
Yanvarın sonunda Xoy şəhərində baş verən iki zəlzələ İran hakimiyyətinin azərbaycanlıların faciəsinə laqeyd yanaşmasını da isbatlayıb.

Məsələn, Tehran rejimi Xoyun ən ucqar, yüksəklikdə yerləşən və ən soyuq kəndi sayılan Aşağı Gördük kəndinin əhalisinə yardımların çatdırılmasına laqeyd yanaşmaqla, zəlzələdən zərərçəkənlərin, özəlliklə də uşaqların həyatını təhlükəyə atıb. Məlumatlara görə, sakinlər həm soyuqdan donur, həm də canavarların və itlərin qorxusundan narahatlıq keçirirlər. Yeri gəlmişkən, bir neçə il öncə Ərdəbildə baş verən zəlzələ zamanı canavar uşaqlara hücum etmiş, onlara xəsarət yetirmişdi. Bəzi mənbələr bu vəhşi heyvanın uşaqları yediyini də bildirirdilər.

Hakimiyyətin laqeyd münasibətinə qarşı sakinlər etiraz aksiyaları keçirsələr də, problemlər öz həllinin tapmayıb. Hətta İran Prezidenti İbrahim Rəisinin bölgəyə səfər etməsi də çoxsaylı problemləri həll edə bilməyib.

Yerli əhalinin düşdüyü acınacaqlı vəziyyətdən regiondan və ölkədən kənar etnik qrupun nümayəndələrinin yararlanmaq istədiyinə dair məlumatlar yayılıb.

Yerli sakinlərin sözlərinə görə, həmin etnik qrupun nümayəndələri Xoyda zəlzələdən zərərçəkənlərin mülk və evlərini satın almaq məqsədilə bölgəyə gəliblər. Həmin “alıcıların” məqsədi zəlzələdən zərər çəkmiş əraziləri ələ keçirməkdir.

Tehran rejimi isə bu sövdələşmənin qarşısını almağa belə cəhd göstərmir. Səbəb barədə yuxarıda danışdıq – gələcəkdə bölgədə milli zəmində münaqişə yaratmaq üçün etnik kontrastı gücləndirmək.

Zəlzələdən sonra Güney Azərbaycan əhalisi Xoy zəlzələsindən zərərçəkənlərə yardım etməklə örnək olacaq birlik nümayiş etdirib. Hakimiyyət yardımların çatdırılmasına mane olmaqla, bu birliyin qarşısını almağa çalışdı.

Bu baş tutmayanda, regiona gələn “çağırlımamışlar”ın fəaliyyətinə göz yummaq taktikasını seçib. İran rejimi 5 mindən çox yaşayış binasını təmir etməyə maliyyə vəsaiti çatmadığını, inflyasiya və tikinti materiallarının baha olmasını bəhanə edərək, Xoy və ətraf ərazilərin əhalisinin köçməsinə, yaxud onların dağılan evlərinin satın alınmasına daha çox şərait yaradır. Çünki Tehranın yardım etməməklə yaratdığı dözülməz şərait ucbatından sakinlərin verəcəyi ilk qərar mülki satıb, başqa yerə köçmək ola bilər.

Bununla həm Türkiyə ilə sərhəddən Azərbaycan türklərini köçürür, həm də regiona anti-Türkiyə qüvvələrin yerləşməsinə nail olur.

Ötən illərin təcrübəsi əsasında demək olar ki, regiona yad olanlar əvvəllər də oxşar vəziyyətdən maksimum yararlanıblar.

Vaxtı ilə Azərbaycan Respublikasının ərazisinə də ermənilər müxtəlif bəhanələrlə köçürülüb. Sonra isə onlar özlərini Azərbaycan torpaqlarının – İrəvan, Göyçə, Zəngəzurun sahibi kimi aparmağa, Qarabağı isə ələ keçirməyə başladı. Rusiya və SSRİ isə müstəqil olmaq istəyən Azərbaycana qarşı erməni kartından istifadə edərək, milli azadlıq hərəkatını bu yolla əngəlləməyə çalışıb.

İndi oxşar hadisə Güney Azərbaycanda baş verməkdədir. Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycanın etnik tərkibini kürdlərin vasitəsi ilə dəyişməklə, regionda Qarabağdakı keçmiş münaqişənin bənzərini yaratmağa səy göstərilir. Ermənilər Qarabağı ələ keçirməklə, “dənizdən-dənizə” “Böyük Ermənistan” yaratmaq arzularını reallaşdırmaq istəyirdi. Qərbi Azərbaycana gətirilən kürdlər də “Mokrian-e Kordistan” (“Böyü Kürdüstan”) yaratmaq arzusundadır. Moskva bir vaxtlar ermənilərə yardım etdiyi kimi, Tehran rejimi də Azərbaycan torpaqlarının hesabına bu xülyalarını həyata keçirmək istəyirlər. Xoy zəlzələsindən sonra zərərçəkənlərin torpaq və mülklərinin alınması da buna xidmət edir.








Sədrəddin Soltan

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO