“Azəriqaz” veteran ailəsindən artıq pul tutur

00:02 6.01.2023 2 384
“Azəriqaz” veteran ailəsindən artıq pul tutur

“Üstəlik, həmin borcu limit şəklində də illik limitin üzərinə yükləyib”

“Ağsu rayon Regional Qaz İstismarı İdarəsinin(RQİİ) xidmət sahəsinin əməkdaşları obonentlərə əlavə cərimələr ödətdirirlər. Belə ki, illik limiti keçməyən obonentin istifadə etdiyi 1 kub/metr qazın qiyməti 0.20 qəpikdən hesablanır”. Bu barədə Ağsu rayon, Bico kənd sakini İsayev Seymur Şərafəddin oğlu məlumat verib və iddia edib ki, ondan sərfiyyata görə əlavə pul tutulur. S.İsayevin bildirdiyinə görə, istifadə etdiyi sayğacın mənfiyə yazması səbəbindən yaranmış borc, onun ayağına həm limit, həm də borc şəklində yazılıb. S.İsayev problemin yaranma səbəbini və problemdən sonrakı prosesin təfərrüatlarını aşağıdakı kimi açıqlayır:

“2021-ci ilin sonlarından istifadə etdiyim qaz sayğacı mənfiyə tərəf yazmağa başladı. Xəstə və imkansız olduğumdan, 2022-ci ilin iyul ayının 25-nə qədər ödəniş edə bilmədim. 2022-ci ilin iyul ayında Ağsu RQİİ-nin xidmət sahəsinin rəisi Həbib Quliyev mənə zəng edib, bildirdi ki, 110 manat borcun yığılıb, onu ödə. Oğlum “Vətən” müharibəsinin veteranıdır. O, restoranda yenicə ofisiant işinə düzəlmişdi. Onun məvacibi hesabına iİyul ayının 25-dən avqustun 27-nə qədər 110 manatlıq borcdan 65 manatını ödədim. Ardını da ödəyəcəkdim ki, 27 avqustda, özüm evdə olmadığım halda, qaz sayğacım dəyişdirildi.

Ağsu RQİİ-nin xidmət sahəsindən aldığım məlumata görə, ümumi borcum 946 kub/m olub, sayğac dəyişərkən 404 kub/metr borcum qalıb. Belə çıxır ki, ümumi borcdan 542 kub/m 65 manatın əvəzi olaraq silinib(542x0.12=65m), lakin yerdə qalan 404 kub/m 0,25 qəpiyə vurularaq, ayağıma yenidən 101 m borc kimi yazılıb. Təsəvvür edin: limiti keçmədiyimdən, borcun 65 manatlıq( 542 kub/m) hissəsi 0,12 qəpikdən hesablanaraq silinib, yerdə qalan hissəsi isə 0,25 qəpiyə vurularaq, borc şəklində saxlanıb. Səbəbini, xidmət sahəsinin kompüterində çalışan Sənan adlı məsul işçisi və xidmət sahəsinin müdiri Həbib Quliyev “Qalan borcu “Azəriqaz” 25 qəpikdən hesablayır” – deməklə, izah edirlər. Onların açıqlamasından belə çıxır ki, “Azəriqaz” qazı əhaliyə sələmlə verir, həm də 100 faizdən də baha – əgər, vaxtında qazpulunu ödədinsə, 0,12 qəpik, yox, əgər gecikdirdinsə, 0,25 qəpikdən alır!..
Daha bir maraqlı məqam: Avqustun 27-dən, yəni sayğac dəyişdirildikdən sonra yüklədiyim qaz pulları, borca görə 50 faiz tutulmaqla, yenidən 0,12 qəpikdən hesablanmağa başladı. Üç aydan sonra isə, yəni dekabrın 1-dən karta yüklədiyim pullar bu dəfə 0,20 qəpikdən tutulmağa başlayıb. Sənan bəy deyir, limiti keçmisən, halbuki illik limiti keçməmişəm, bir il ərzində işlətdiyim qaz hələ 1000 kub/metrə çatmayıb. Görünür, qazçılar saxta yazdıqları pul borcunu həm də limit kimi hesablayıblayaraq, keçən il istehlak etdiyim qazı da bu ilki limitin üzərinə gəlirlər. Əslində, hər il limit yenilənir və keçən ilki borcumu çoxdan ödəmişəm. 65 manatdan başqa, yerdə qalan 45 manat da hər dəfə sayğac kartına pul yüklədikcə 50 faizlə çıxılıb, qurtarıb – 110 manatın əvəzinə 118 manat ödəmişəm. Yəni, hazırda mənim deyil, “Azəriqaz”ın mənə 8 manat borcu var. Lakin Quliyev Həbib və Sənan kimi “qazlayıcı” kadrların hesabına görə, hələ mənim “Azəriqaz”a 48 manat borcum qalıb. Belə çıxır ki, 56 manat artıq pul tuturlar məndən. Çünki 0,12 qəpikdən istehlak etdiyim yanacaqdan yaranan borc əvvəlcə 0,12, ardınca 0,25, sonra 0,12 və daha sonra 0,20 qəpikdən hesablanır - illik limiti aşmadığım halda!
Problemlə bağlı “Azəriqaz”ın 185 qaynar xətti ilə əlaqə saxladım. Operatorlar yaranan problemi izah edə bilmədiklərindən, danışıq zamanı əlaqəni bir neçə dəfə bilərəkdən kəsdilər: birinci operator bildirdi ki, ərizə ilə müraciət eləyin, cavabdan razı qalmasanız, verin məhkəməyə; ikinci zəngdə, dəstəyi götürüb, tez də qapatdılar, ara yerdə konturum getdi; üçüncü zəngdə qadın operator 6 dəqiqə ərzində problemə aydınlıq gətirə bilmədiyindən, “gözləyin””- deyib, 5 dəqiqə də məni telefonda gözlətdi və dəstəyi asdı. Dördüncü, kişi səsli operator əvvəlcə dedi ki, limiti keçmisiz. Dedim, “Azəriqaz”ın onlayn səhifəsində “borcunu öyrən” bölməsinə girin, baxın, görün, bu il ərzində neçə kub qaz işlətmişəm? Baxıb, dedi, 943 kub/metr qaz işlətmisiz və özünü sığortalamaqçün tez əlavə etdi ki, borcunuz da olub da, gəlib liminitinizin üstünə. Dedim, ay qardaş, demirsiz 110 manat borcum olub?.. 118 manat ödəmişəm də! Bəs mənim illik limitimin üstünə yüklədiyiniz əlavə limit nəyin əvəzidi?!. Yenə telefon qapandı. 56 manat artıq yazaraq,
limitlə cibimə girmişdilər, 2,5 manat da operatorların güdazına getdi.

Hazırda, limit sıfrlanıb və yanvarın 1-də ödədiyim qazpulu yenidən 0,12 qəpikdən hesablandı, lakin adımda 48 manat borc qalmaqdadı.

Nəticə budur ki, “Azəriqaz” yerlərdəki “əməlbaz” nümayəndələri ilə qalıq borcu ikiqat almaqla, həm də borcu limit şəklində obonentlərin boynuna yükləyir. Yəni, 1 kub/metr qaz reallıqda veteran ailəsinə 45-50 qəpiyə satılır.”

Sayt olaraq, qarşı tərəfəfin fikirlərini dərc etməyə hazırıq.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO