Qara yemişanın faydaları və zərərləri

11:16 1.01.2023 76 402
Qara yemişanın faydaları və zərərləri


Qara yemişan bir neçə metr boylarında olan yemişan kolunun meyvəsidir. Onun yarpaqlarının uzunluğu 3 santimetr, meyvəsi kiçik, çiçəkləri ağ və ya çəhrayı rənglərdə olur. Qara yemişandan mürəbbə, kompot və şərab hazırlamaq üçün istifadə edilir.
100 qram qara yemişanın tərkibində olanlar:
- Zülallar - 1 qr;
- Yağlar - 0,5 qr;
- Karbohidratlar - 6,6 qr;
- Su - 87,7 qr;
- Kalori - 39 kKal.
İmmunitet.az bildirir ki, qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha çox faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır. Qara yemişan hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. O sinqa xəstəliyinin qarşısını alır, orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə təsir bağışlayır. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur. Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilir. O qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Qurumuş yemişan dəmləməsi də orqanizmə eyni təsiri bağışlayır. Qara yemişanın yarpaqları da orqanizm üçün çox faydalıdır. Yarpaqlarının dəmləməsindən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. Qara yemişanın yarpaqlarının dəmləməsi ürək xəstəlikləri və qəbizlik zamanı istifadə edilir.
Davamlı olaraq yemişan yemək və ya onun dəmləməsini içmək görmənin yaxşılaşmasına və bəzi göz xəstəliklərinin sağalmasına səbəb olur. O orqanizmdən radioaktiv zərərli maddələrin, ağır metal zəhərlənmələrinin xaric olmasına səbəb olur.
Qara yemişan dəmləməsi qanın laxtalanmasının qarşısını alır. Onu yaşlı adamlara fiziki gücünü bərpa eləmək məqsədilə təyin edirlər.
Qara yemişanın xərçəng hüceyrələrinə qarşı mübarizə aparması elmdə öz sübutunu tapıb. Qara yemişan az kalorili giləmeyvələrdəndir. Onun tərkibində şəkər, zülal, orqanik turşular(benzoy, limon, alma, sirkə və s.), liflər, qətran maddələr, rəngli maddələr və pektin var.
Onun tərkibi karotin, C, A, B, K, P, PP vitaminləri ilə zəngindir. Bu vitaminlərin qarışımı isə kapilyar vena damarlarının genişlənməsinə səbəb olur. 100 qram qurudulmuş qara yemşanın tərkibində olan vitaminlər:
- B1 vitamini - 0,02 mq;
- B2 vitamini - 0,02 mq;
- PP vitamini - 0,3 mq;
- C vitamini - 16 mq;
- A vitamini - 0,29 mq;
- Kalsium - 16 mq;
- Fosfor - 13 mq;
- Dəmir - 0,8 mq.
Onu həddindən çox miqdarda qəbul eləmək olmaz. Bu, arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Eləcə də, əzələlərin funksiyasına pis təsir edə bilər və əzələlərdə oksigen azlığı əmələ gələ bilər. Hamilə və uşaqəmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyyatlı olmalıdırlar. Bu onlarda intoksikasiyaya və uşaqda allergiyaya səbəb ola bilər.
Öd kisəsinin diskineziyası zamanı qara yemişandan istifadə eləmək məsləhət deyil. Bu öd kisəsinin kəskin xəstəliklərinə səbəb ola bilər.
Yemişan çayının dəmlənmə qaydaları:
1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə, hər dəfə bir stəkan içmək olar.
7 xörək qaşığı quru giləmeyvəni 2 litrlik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}