“Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən, minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunub və bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edilib”.
Bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibətində yer alıb.
Qeyd olunub ki, bütün xəbərdarlıqlara baxmayaraq, təxribatlar davam edib:
“İnsanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik”.Becan.az