Muğlanın Bodrum rayonunda təsirli olan qısamüddətli fırtına restoranların tentlərini və dam örtüklərini uçurub, pəncərələrini sındırıb. Şüşə qırıntıları və uçan tentlər bir neçə nəfəri yüngül şəkildə yaralayıb.
Hadisə Gümüşlük sahilindəki iaşə obyektləri olan ərazidə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, hava qəfil qaralıb və səma qara buludlara bürünüb. Bu buludlardan 2-3 dəqiqə davam edən leysan yağıb.
Metereoloqların fikrincə, bu leysanları proqnozlaşdırmaq mümkün deyil. Onlar birdən-birə formalaşır.
Mənbə: CNNTürk