Yabvarın 8-dən ölkə ərazisində başlayan qarlı, şaxtalı hava şəraiti davam etməkdədir. Azərbaycanın digər bölgələri kimi, Şirvan bölgəsi də qarın əsirinə çevrilib.
Qarın hündürlüyü Şirvan düzündə 3-5 sm, dağlıq ərazilərdə isə 10-15 sm-ə çatır. Yüksək dağlıq ərazilərdə isə qarın qalınlığının daha çox olduğu bildirilir.
Havaların soyuq keçməsinə baxmayaraq, qarın yağması, - varlısından, kasıbından asılı olmayaraq, - əhalidə əhval yüksəkliyi yaradıb.
Bico kəndi ərazisindən bəzi bəyaz görüntüləri BECAN.AZ oxucularına təqdim edirik: