İranın paytaxtı Tehrana səfər edən azərbaycanlı tələbədən bir neçə gündür xəbər yoxdur.
Bu barədə jurnalist Şəmşəd Ağa feysbuk profilində paylaşım edib.
“Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Yena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib. Mənə Almaniyadakı tələbələr yazıblar. Həmin gənc 3 gün öncə tələbə yoldaşlarına yazıb ki, kartım İranda işləmir, mənə bilet alın. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar, martın 5-də Almaniyada olmalı imiş. Biletdə də uçuşun və enişin vaxtı elə qeyd olunub. Amma adamdan heç bir xəbər yoxdur. Böyük ehtimal, İranda saxlanılıb”, - jurnalist bildirib.(Yenixeber)