ABŞ Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük edən İran müəssisələrinə sanksiya tətbiq edib.
Yenixeber.org: Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ Ukraynada mülki hədəfləri vurmaqda istifadə edilən PUA-ları istehsal edən "Qods Aviation Industries" (QAI) şirkətinin icraçılarının və idarə heyətinin üzvlərini "qara siyahı"ya salıb.
Qeyd edək ki, Rusiya İrandan PUA aldığını inkar edir. Lakin İran isə müharibədən bir müddət əvvəl Rusiyaya PUA verildiyini açıqlayıb.
BECAN.AZ