Bir Oğul, bir Şəhid - FOTO, VİDEO

22:21 5.04.2023 530
Bir Oğul, bir Şəhid - FOTO, VİDEO

Yaxud, böyük arzuların sönmüş işığında...

Bu yazını hələ iki il əvvəl yazmaq istəyirdim. Çox düşündüm-daşındım, amma yaza bilmədim. Çəkindim... Çəkindim ona görə ki, birdən qəhrəmanımın qovuşduğu ucalığı, həyatının tam dəyərini əks etdirə bilmərəm. (Bu hiss hələ də canımdadı). Səbrləndim...
Özümü inandırmağa çalışdım ki, hələ mənim bu mövzuda yazmağımın zamanı deyil, - hələ yara təzədi, ürək sızıltılarının, göynərtilərinin şiddəti fikirlərimin kəsərini dərk etməkdə qəhrəmanımın əzizlərinə, dostlarına, el-obasına, eləcə də özümə mane olacaq. Qoy, yara soyusun, - dedim. Onun yoxluğunu, aramızda olmamasını ötən aylar, illər bəlkə daha dərindən hiss etdirər bizlərə, - deyə, düşündüm... Amma nə yara soyudu, nə də ayların-illərin gücü catdı onun yoxluq yükünü azaltmağa. Aprelin 9-u artıq iki oldu... İki ildi ki, bir atanın donmuş ruhunu hər gün çəkilən “ahh!”lar isinməyə qoymur. İki ildı ki, bir ananın hər gün hər köks ötürdükcə yağmur tökən gözləri qurumur, qubarlı ürəyi rahatlıq tapmır. İki ildi ki, bir bacının nisgildən heykəlləşmiş üzündən təbəssüm yoxa çıxıb. Həm də iki ildi ki, bir el, bir kənd qəhrəman oğlunun ona bəxş etdiyi qüruru, şərəfi ürəyində bayraq tək gəzdirir...
Və yazmağa başladım, - bir həyat tarixçəsi olaraq.


Tanışlıq üçün

İki ildi ki, adı ürəklərdə əbədiləşmiş qəhrəmanım Fərəczadə Toğrul Habil oğludu. Toğrul 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Atası Habil sadə və zəhmətkeş olmaqla, həm də eldə-obada ədəb-ərkanı, sakit təbiətilə seçilən bir insandı. İki il əvvələ qədər Bico kəndinin xeyir-şər məclisləri Habilsiz keçməzdi. Bu mənada ki, o, aşpazlıq sənətininin sirlərini mahircəsinə mənimsəmişdi və əlinin tamına görə az müddətdə şöhrətlənmişdi...

Toğrulun anası Bəhruzə xanım evdar qadındı. Onun ən böyük dəyəri, qiyməti Toğrul kimi bir oğulu dünyaya gətirməsi, onu vətənpərvər ruhda tərbiyələndirməsidi...

Toğrul A.Cəbiyev adına Bico kənd tam orta məktəbində orta təhsil almışdı. Müəllimlərinin söyləmələrinə görə, nizam-intizamından əlavə, təhsilə, savada da aktiv münasibət göstərib. Yeniyetməlik vaxtlarında musiqiyə olan həvəsi Onu Ağsu musiqi məktəbinin nağara sinfinə aparıb çıxarıb. Bu sahədəki istedadı Toğrulun çox gənc yaşlarında el şənliklərində ritm ifaçısı kimi təmsil olunmasına da şərait yaratmışdı...

(Toğrul məndən 17 yaş kiçik olduğundan, onun məktəb və yeniyetməlik illərindəki keyfiyyətlərinə, sadəcə eşitdiklərimə əsasən bələdəm. Əsas bunu bilirəm ki, O, ailəsinin adına uyğun olaraq, ədəbli, qanacaqlı, tərbiyəli və istiqanlı bir övlad olub).

Və bizim “ağ atlı oğlan”, nəhayət, əsgərlik yaşına catdı...

Ölümsüzlük işığına doğru

Toğrulun hərbi xidmətə yola düşməsilə bağlı atası böyük bir təmtəraq düzəltmişdi. İndiki kimi yadımdadı: böyük bir toy mağarı, seçilən və sevilən musiqicilər, kənd bozbaşı, kənd dolması, kabablar və yeyib-içən, gülüb-oynayan qohum-əqraba, kənd camaatı... Məclisin aparıcılığını mənə həvalə etmişdilər. Toğrulun davranışları - kiçiklə kiçik, böyüklə böyük, dostla dost, qohumla qohum... kimi özünü aparmağı musiqiçilərə və mənə böyük ruh yüksəkliyi gətirdi və biz də bacardığımızı onun adına qurulan məclisdən əsirgəmədik. Hələ də yaddaşlarda təzə-tər qalan o məclis bu gün də xüsusi şövqlə xatırlanır. Toğrulun həmin gün üzündən əsgilməyən sevinci, rəqsləri, hər kəsə özünü doğma göstərməsi... məclisə lazım olan bəzəyi verirdi. Gülə-gülə, oynaya-oynaya hərbi xidmət qapısını döydü Toğrul...

Və əsgərlik günləri başladı. Bu sevimli balanı camaat hər valideynlərini gördükdə, rastlaşdıqda soruşur, onun əhvalı ilə maraqlanırdılar. Valideynlərinə komandirlərindən tez-tez minnətdarlıq məktubları gəlirdi belə oğul yetişdirdiklərinə görə. Sorağı yaxşı gəlirdi Toğrulun və bu da onun əzizlərini, yaxınlarını, camaatını hədsiz sevindirirdi...

Əsgərlik müddəti bitməmiş, Toğrul MM-in Xüsusi təyinatlılarına qoşulmaq qərarına gəldi. Qarşıdakı çətinliklər nəinki Onu qorxutmurdu, əksinə özünü göstərmək, tanıtmaq üçün ona daha geniş meydan kimi görünürdü. Çünki bu şücayət ona qanla, genlə gəlib çatmışdı...

Bico kəndi nəinki Şirvanda, bütün Azərbaycanda özünü hərtərəfli təsdiqləmiş bir kənddi. Elmi, mədəniyyəti, sənət peşəkarlığı, folklor yaddaşı, təsərrüfat qabiliyyəti və hərb-cəng salnamələri ilə Bico mühiti tarixən barmaqla göstərilən Azərbaycan kəndlərindəndi. Hərb sahəsindən danışsaq, təkcə bunu xatırlatmağa dəyər ki, 1918-ci ildə Bico kişiləri kənd təsərrüfat alətlərini əldə yaraq etməklə, 400 silahlı erməni əsgərini Pirəmsaq döyüşündə məhv eləyib. Eləcə də 1941-1945 savaşında bu mücadilədə iştirak edən Bico oğulları igidlikləri ilə tarixə düşüblər. Toğrulun qan qohumu olan Arif Cəbiyevsə Əfqanıstan döyüşlərində Şəhid olub. 1991-1993-cü ilin Qarabağ savaşında da Bico kəndi sinəsini önə verib, mərdliklə döyüşən onlarla övladından Rauf, Fərrux, Sənan kimi oğullarını Şəhid verib...

Bütün bu özəlliklər Toğrula da ruhla, qanla keçmişdi. Ona görə də döyüşmək üçün, qəhrəmanlığını göstərmək üçün daha böyük meydan sevdasında idi və arzusuna qovuşdu - hərbi xidmət müddətini tamamlamamış, “gizir” kimi xüsusi təyinatlıların cərgəsinə qoşulur...

Vətən andı - Cənnət qapısı

Toğrul düz qamətli, uca boylu, həm də yaraşıqlı bir gənc idi. Fiziki göstəricilərinə görə, onun xüsusi təyinatlı dəstəyə qoşulması çox asan olub. Tezliklə də yeni qatıldığı hərbi dəstədə çalışqanlığı, çevikliyi, tapşırıqların öhdəsindən layiqincə gəlməsilə diqqət və hörmət qazanıb. Düzdü, Toğrul xüsusi təyinatlı alayda yeganə bicolu deyildi, - Rahim, Sərvət, Sahil, Ceyhun, Mehman kimi həmkəndliləri də canları ilə bu dəstədə Vətənə xidmət göstərirdilər, - ancaq az müddətdə onlarla bərabər xidmət yolunu tuta bildi.

Haşıyə: Toğrulun məzuniyyət vaxtı kəndə gəlməkləri yaxşı yadımdadı. Ev görüşündən sonra kəndə çıxardı, qohumlarına, oxuduğu məktəbə, dostlarına baş çəkərdi. “Məhlə uşaqları” ilə hal-əhval tutardı, tay-tuşlarının qayğıları ilə maraqlanardı, onların xidmətində dayanmağa can atardı. Atasına bir quzu kəsdirib, doğmalarını, dostlarını başına yiğardı, deyib-gülüb şənlənərdi. Təlim və tapşırıqlarda yiğdığı ağırlıqları heç kimə hiss elətdirməzdi... Bir sözlə, onda yaşamaq üçün əksər keyfiyyətlər vardı...

2016-cı ilin aprel ayının 1-də ata-anası ilə telefonla danışmışdı Toğrul. Atası Habilin dediklərindən:

“Aprelin 1-i əlaqə saxladıq, hal-əhval tutduq. Hər şeyin qaydasında olduğunu bildirdi. Bizə ürək-dirək verdi, “Məndən nigaran qalmayın” dedi. Dedim, “Noolub, niyə belə danışırsan? Biz, həmişə səndən nigaranıq, ancaq bunu heç vaxt dilinə gətirməzdin?”. Dedi, “Heç nə olmayıb, ola bilsin, bir həftə əlaqə saxlaya bilmədim. Təlimə gedirik, qayıdandan sonra özüm əlaqə saxlayacam. Buna görə deyirəm, narahat olmayın.” Aprelin 2-də televiziyadan cəbhədəki gərginlik, atışma barədə xəbərləri eşidəndə, ixtiyarsız narahat olmağa başladım. Səhəri gün zəng elədim, telefonuna zəng çatmadı. Adətən, onlar tapşırıqda olanda telefon götürmürdülər. Buna baxmayaraq, ürəyim dinclik tapmadı. Ayın 4-də “itgin” xəbərini öyrənə bildim. Neçə gün cəbhə bölgəsinə yaxın hospitalları gəzdik. Hər yerdən “əliboş” qayıtdıq... Ayın 8-də bizə məlumat verildi ki, Toğrul bir neçə silahdaşı ilə Şəhid olub... Ayın 9-dasa bircəcik oğlumu dəfn elədik... Elə bil, ürəyinə dammışdı “Məndən nigaran qalmayın” deyəndə...”...

Məlum döyüşdən sağ çıxmış silahdaşları - qazilər deyirlər ki, Toğrul hər tapşırıq zamanı, düşmənin diversiya qruplarını yerinə oturdarkən özünü mərdanə, təmkinli və döyüşkən aparırdı. Qazilərin sözlərinə görə, son məlum döyüşdə Toğrul yaralı silah yoldaşını qaynar xətdən uzaqlaşdırarkən Şəhid olub. Buna görədir ki, Toğrulun dəfnində sağ qalan komandirləri, silahdaşları hamısı iştirak etdilər və ildönümlərində də onu məzarı üstə yad edirlər...

Ondan sonra...

Bəli, 2016-cı ilin 9 aprelində böyük bir izdiham - dövlət və silahlı qüvvələrin səlahiyyətli nümayəndələri, minlərlə sadə agsulu və Bico camaatı ata-ananın yeganə oğlu - Şəhid Fərəczadə Toğrul Habil oğlunu doğmalarının uyuduğu kənd qəbirstanlığında son mənzilə yola saldı. Toğrul Vətən üçün ən ali zirvəyə - Şəhidlik ucalığına yüksəldi, amma həm də valideynlərinin sabit həyat nəbzini, gələcək arzularını özü ilə apardı. Ata-anası, doğmaları Onun toyu üçün min xəyallar qurduğu bir vaxtda, o özünün 22 sənəlik gənc həyatını Vətəninə, Xalqına fəda etdi...

Əlbəttə, Şəhidlər ölmür! Sözsüz ki, Şəhidlərin, mübaliğəsiz, yeri Cənnətdir! Toğrulun haqqında kitab da yazılıb, qəzet məqalələri də dərc olunub, otağı Ev Muzeyinə, məzarı ziyarətgaha çevrilib... Bununla belə, tək oğul övladı itirmiş atanın, ananın susqun, kədərli və nəmli baxışlarının qarşısında heç bir söz tapmaq olmur. Əksinə, onların “Biz fəxr edirik ki, Toğrulun valideynləriyik!” nidası neçə-neçə Azərbaycan övladının vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. Alqış olsun Habil kimi ataya, Bəhruzə kimi anaya! Başınızı və qəddinizi həmişə və hər yerdə dik tutun. Qoy, Sizi görəndə övladlarını var-dövlət gücünə hərbi xidmətdən yayındırmaq istəyən nanəciblər, haramzadələr utanıb, başlarını yerə soxsunlar. Sizin Oğlunuz Azərbaycan hərb tarixinin bir parçasıdır artıq. Bununla öyünmək şərəfinisə, məhz Toğrul kimi övladlar Valideynlərinə, Millətinə, Vətəninə verə bilər!

Toğrulun və bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Seymur ƏHMƏD
2018-ci il.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:48

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır - ŞİKAYƏT

14:33

Hafiz Babalının həbs müddəti yenidən uzadıldı

12:56

Paraatletimiz ikinci medalını qazandı

14:08

ƏDV-lərlə bağlı problem – Vətəndaşların pulu niyə qaytarılmır?

13:49

İranın 20 bankının müştəri məlumatları oğurlandı

12:45

Əməliyyat zamanı saxlanılan İsmayıllının icra nümayəndəsi həbs edildi

22:22

Putin "ölümsüzlük iksiri" hazırlatdırır

22:13

İlham Əliyev İtaliyaya işgüzar səfərə yollanıb - FOTO

18:19

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib - YENİLƏNİB

18:14

İsmayıllıda saxlanılan məmurlardan biri hərbçi olub

18:05

"Manatlıq taksi"ləri yığışdırmaq problemin həlli deyil... - Ekspert

17:47

M.Pənahov: "Heç kimin hay-küyü bizə təsir edə bilməz"

13:36

Rusiyaya qarşı döyüşən azərbaycanlı hərbçi həlak olub

13:31

Azərbaycanda biznes kreditlərinə maraq niyə artmır? - AÇIQLAMA

13:16

Temperaturlar tədricən enəcək

12:58

Dövlət qurumları MƏTBUATI VECİNƏ ALMIR... - Bu, FAKTDIR!

12:22

Masazır bələdiyyəsindən şikayət: “Hər ay pul ödəsək də, zibillər daşınmır” – FOTO

12:15

Türkiyəli atletin qızıl medalı əlindən alınır...

12:07

Bakı marketlərində çəkilişə icazə verilmir... Bəs qanun nə deyir?

11:46

Bu gecə Bakını bürüyən pis qoxu barədə açıqlama

11:33

Paris-2024: 5 idmançımız bu gün mübarizəyə qoşulur

11:23

Rusiya Lvov və Krivoy-Roqu raketlərlə vurub - Ölənlər var

11:12

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib

20:01

Şəhid generalın həyat yoldaşına vəzifə verildi

19:50

Havada tozun miqdarı azalacaq

11:12

Azərbaycanlılara yol verilməliydi, ancaq Nikol… - VİDEO

11:06

Ukrayna qoşunları üçün son dərəcə təhlükəli vəziyyət...

10:55

Azərbaycanda yaşı 70-i ötmüş deputatlar - SİYAHI

12:15

Prezident və xanımı "Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında

12:11

Müxalifəti Milli Məclisdə kimlər təmsil edəcək? - SİYAHI

18:59

Rəsmi Bakı Paşinyanın bəyanatlarına dərhal cavab verdi

18:52

Ərdoğanı "dövlət çevrilişində" ittiham edən qadın mükafat aldı

18:45

Avroliqada oynayacaq "Qarabağ"ın və rəqiblərinin büdcəsi açıqlanıb

18:34

Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO