Ağ Ev Rusiyada vəba xəstəliyinin yayılmasını izləyir.Xəbər verilir ki, bu barədə “Axios” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
“Tramp administrasiyası epidemiyadan xəbərdardır, vəziyyəti izləyir və mümkün variantları qiymətləndirir”, - deyə mənbə bildirib.
Qeyd olunub ki, Rusiyada hadisəyə münasibətdə susqunluq müşahidə edilir:
“İrkutsk vilayətinin qubernatoru bu hadisədən yalnız həftənin region üzrə əsas hadisələrinin icmalında ikinci dəfə bəhs edib. Bu, ayı hücumları və qripə qarşı vaksinlərlə bağlı məlumatlardan sonra olub. Rəsmi KİV və hakimiyyət nümayəndələri isə vəba ilə bağlı məlumatları silirlər”.Qeyd olunur ki, Rusiyanın İrkutsk vilayətində 189 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Becan.az