Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

13:47 2.10.2026 154
Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

Azərbaycan Ordusunun hərbi qulluqçusunun Ermənistan ərazisinə keçməsi ilə bağlı informasiya təsdiqləndikdən sonra onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin hansı hüquqi nəticələr doğuracağı, hərbi qulluqçunun Azərbaycana qaytarılması və barəsində hansı cəzanın tətbiq oluna biləcəyi maraq doğurur.

Bəs Ermənistan ərazisinə keçən hərbi qulluqçunun Azərbaycana qaytarılması hansı prosedurla həyata keçirilə bilər və onu Azərbaycanda hansı hüquqi məsuliyyət gözləyir?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən hərbi xidmət göstərən şəxsin xidmət yerini özbaşına tərk etməsi cinayət məsuliyyəti yaradır.

O, hadisənin hansı şəraitdə baş verməsi məsələsinin həmin şəxsin gələcəkdə müqəddəratını dəyişə biləcəyini qeyd edib:

“Belə ki, bu hərbi hissəni özbaşına tərketmə və hərbi xidmətdən boyun qaçırmaq niyyəti ilə hərbi hissəni tərketmə ola bilər.

Birinci halda bu, Cinayət məcəlləsinin 333-cü maddəsi ilə məsuliyyət yaradır. Burda hərbi xidmətdən boyun qaçırmaq məqsədilə tərk etməkdən söhbət getmir. Tərketmə halı 3 gündən 10 günə kimi baş verdiyi halda 1 ilə qədər intizam xarakterli hərbi hissədə saxlamaq cəzası ilə cəzalandırıla bilər.

İkinci halda 334-cü maddə ilə hərbi hissədən boyun qaçırmadan söhbət gedir. Hazırkı vəziyyət buna uyğundur. Bu halda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Əgər silahını da özü ilə götürübsə onda 5 ildən 8 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur. Həmin əsgər Azərbaycana qarşı casusluq edib, hərbi sirləri ötürübsə, bu halda onun cəzası daha da ağırlaşdırılacaq”.


Onun sözlərinə görə, istintaq araşdırması bitdikdən sonra cinayət işinə məhkəmədə baxılacaq və hərəkətləri ilə bağlı prosesə qiymət veriləcək:

“Dəfələrlə belə bir hal olub ki, erməni əsgərlər Azərbaycan ərazisinə keçib. Azərbaycana qarşı hər hansı bir cinayəti baş vermədiyi halda şəxslərin Ermənistana qaytarılması ilə bağlı müvafiq addımlar atılıb.

Azərbaycan əsgəri Ermənistan ərazisinə keçib və Ermənistan dövlətinə qarşı hər hansı bir cinayət törətməyibsə, təbii ki, onun Azərbaycana qaytarılması Ermənistanın müvafiq qurumlarının öhdəliyinə düşür".


O həmçinin erməni mediasında hərbi qulluqçumuzun Ermənistan vətəndaşını ayağından yaralaması məsələsinə toxunub:

"Belə bir halda isə Ermənistan qanunlarına görə onun barəsində cinayət işi açılacaq. Amma hər bir halda onun Azərbaycana ekstradisiya məsələsi gündəmdə olacaq".(Bakupost)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}