Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına enib.Xəbər verilir ki, ilkin olaraq təyyarənin qaçırılması ilə bağlı siqnal verdiyi bildirilib.
İsrail mediasının məlumatına görə, ekipaj fövqəladə vəziyyət kodunu aktivləşdirib və təhlükə siqnalı göndərib. Bundan sonra təyyarə İordaniya üzərində dövrə vuraraq Səudiyyə Ərəbistanına istiqamət alıb.
Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələri döyüş hazırlığı səviyyəsini yüksəldib və havaya qırıcı təyyarələr qaldırıb. Baş nazir Benyamin Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı təcili müşavirə çağırıb.
Təyyarə daha sonra Səudiyyə Ərəbistanına təhlükəsiz eniş edib. Təyyarədə 150-dən çox sərnişinin olduğu, onların əksəriyyətinin İsrail vətəndaşları olduğu bildirilib.
Hadisədən sonra “Flydubai” təyyarənin qaçırılması ilə bağlı xəbərləri təkzib edib. Şirkətin açıqlamasında istiqamətin dəyişdirilməsinin pilotlar arasında baş verən mübahisədən sonra həyata keçirildiyi bildirilib.
Hadisə ilə bağlı məlumatlar əvvəlcə İsrail mediasında yayılsa da, sonradan aviaşirkət tərəfindən təyyarənin qaçırılmadığı təsdiqlənib.
Becan.az