Bu gün - 21 aprel, 2023-cü il tarixdə dünya müsəlmanları növbəti Ramazan bayramını qeyd edir.
Ramazan bərabərlik, sülh, əminamanlıq bayramı olmaqla, həm də mənəviyyat, inam, paklıq, sağlamlıq və ruha tapınma yoludur. Bütün varlığıyla oruc tutan insanlar bir ay müddətində ruhi və cismi təmizliyə nail olar, Allaha olan inamları bir qədər də dərinləşər.
Bu müqəddəs bayram münasibətilə, başda Şəhid ailələri, Qazi və Qəhrəmanlarımız, Hərbçilərimiz, beynəlxalq arenalarda üçrəngli bayrağımızı dalğalandıran soydaşlarımız olmaqla, Azərbaycan xalqını, dünya türklərini və müsəlmanlarını təbrik edirik, ölkəmizə və dünyamıza əminamanlıq, bolluca ruzi və təminatlı sülh arzulayırıq!
Uca Tanrının lütfü daim bizlərlə olsun, əziz azərbaycanlılar!
Becan.az