İslam dininin şərtləri - ORUC

17:07 23.01.2023 2 717
İslam dininin şərtləri - ORUC

Əssələmu-aleykum!

Bundan əvvəlki yazılarımızda biz, İslam dinin iki şərtindən - Kəlmeyi şəhadətdən və Namazdan danışdıq. İndi isə İslamın növbəti şərti - ORUC haqqında qısa məlumat verəcəyik. Oruc İslam ümmətindən əvvəlki ümmətlərə də vacib buyurulmuş ibadətdir. Bunu Allahu-təalənin mübarək kitabı “Qurani-Kərim”də də görmək olar.

Necə ki, Uca Allah buyurur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu, onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə, Ona (“Allahu əkbər” - deməklə) təzim və şükür edəsiniz». (əl-Bəqərə: 183-185)

Eyni zamanda Orucun fəziləti haqında Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabəsi Əbu Hurayra belə rəvayət etmişdir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Uca Allah demişdir: Adəm övladının, orucdan başqa etdiyi hər bir əməl onun özünündür. Oruc mənimdir, mən də onun savabını verəcəyəm. Oruc, qoruyucudur. Sizlərdən kimsə oruc tutduğu gün, pis sözlər danışmasın, səsini yüksəldib, qəzəblənməsin və cahil əməlləri etməsin. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə, iki dəfə, “mən orucam” – desin. Məhəmmədin canı əlində olana and olsun ki, oructutanın ağızından gələn iy, qiyamət günü Allah yanında misk (ən gözəl ətir) iyindən daha gözəldir. Oructutan iki dəfə sevinir: İftar edəndə yeməyinə sevinir, Rəbbi ilə qarşılaşdıqda isə tutduğu oruc ilə sevinəcəkdir». (Buxari: 4/ 118/ № 1904. Müslim: 2/ 807/ № 1151, № 1163. Nəsai: 4/ 163)

Allah bizi oxuyub faydalananlardan etsin, amin!

T. Saklı
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}