Azərbaycanın tanınmış alimi Leyli Vəkilova 100 yaşında vəfat edib.Bu barədə filologiya üzrə elmlər doktoru, professor Telman Cəfərov məlumat verib. T.Cəfərov bildirib ki, onun Azərbaycan təhsilində önəmli rolu olub:
"L.Vəkilova məşhur Vəkilovlar nəslinin təmsilçilərindən biri, ölkənin pedaqogika və rusistika elmini respublikada və xaricdə yüksək səviyyədə təmsil etmiş, onlarla orta və ali məktəb dərsliklərinin müəllifi, BSU-da kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışmış pedaqogika üzrə elmlər doktorudur.
Bu il 100 yaşını qeyd etmək ərəfəsində gözlərini əbədi olaraq yuman Leyla xanım, ömrünü onlarla nəsil pedaqoqların və alimlərin yetişməsinə sərf etmişdi.
Onun artıq 90 yaşı ərəfəsində əcnəbi tələbələrlə yorulmaz işi, BSU-nun 70 illik yubileyində böyük şövqlə iştirakı əsl pedaqoq-alimin öz doğma universitetinə qəlbən bağlılığının göstəricisi idi.
Allah rəhmət eləsin!”