Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə vətəndaşlıq pasportu verməkdən imtina edir. Erməni meiasının məlumatına görə, şəxsiyyəti təsdiq edən sənədinin vaxtı bitən Qarabağ ermənilərinin pasportlarının vaxtı uzadılmır.
Pasportun olmaması isə bank kartları, pensiya və s. məsələlərlə bağlı problemlərin yaranması deməkdir. Bu qadağadan sonra Ermənistanda Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyadan başqa yolunun olmadığı barədə müzakirələri genişləndirib. Belə təqdirdə, bu proses Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi prosesini sürətləndirəcək.
Becan.az