Xalq artisti Rasim Balayev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsində ona ayrılan 28500 manat vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirib.
Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözü gedən vəsaitlə
"Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı sənədli film çəkiləcək:
"Yəqin ki, yaxın günlərdə filmlə bağlı hazırlıqlara başlanılacaq. Film "Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin təqdim etdiyi layihə əsasında ekranlaşacaq”.Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən
"Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi
"Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə qalib olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28500 manat vəsait ayırıb.