Şəffaflıq fəaliyətin inkişafıdır

00:04 12.01.2023 5 047
Şəffaflıq fəaliyətin inkişafıdır

Ağsu rayonunun Gəgəli Bələdiyyəsinin 2022-ci il üçün hesabatı

Azərbaycanın rayonlarında seçicilərinə və ümumi ictimaiyyətə fəaliyyəti ilə bağlı illik hesabat verən Bələdiyyə qurumları çox rast gəlinən deyil. Əslində isə, həm ictimai qurum olması baxımından, həm qanunlar sarıdan, bu, vacib və məcburidir. Nümunəvi bələdiyyə qurumundan biri də Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsidir. İctimai maraq baxımından, eləcə də nümunə olaraq, Gəgəli Bələdiyyəsinin 2022-ci il üçün yaydığı illik yazılı hesabatını oxucularımıza təqdim edirik:

"Hesabat:
Ağsu rayonu Gəgəli Bələdiyyəsinin 01.01.2022-31.12.2022 tarixləri üzrə ümumi gəliri cəmi 77463 manat olub. Ümumi gəlirin 63648 manatı torpaqların icarə haqqından, 9139 manatı torpaq vergisindən, 916 manatı əmlak vergisindən, 24 manatı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisindən, 1170 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 2460 manatı dövlət tərəfindən verilən dotasiyadan, 106 manatı 2021-ci ildən qalıq olaraq əldə edilib. Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 70470 manat təşkil edib. İşçilərin əmək haqqı ödənişlərinə 22550 manat, işçilərin əməyinin son haqq-hesabına 315 manat, Dövlət Sosial Müdafiə Fonduna və digər sosial ödənişlərə 5962 manat ödənilib.
Azərbaycan Ordusuna Yardım Fonduna 65 manat, Azərpoçt MMC-yə BAMS xidmət haqqı olaraq 1722 manat, evlərində yanğın baş vermiş Sədrəddin Sədiyev və Kəmalə Sədiyevaya maddi yardım 280 manat, Rəvan Mütəllimova xəstəliyi ilə bağlı olaraq maddi yardım 250 manat, Faiq Mədətova xəstəliyi ilə bağlı olaraq maddi yardım 250 manat, Emil Kərimova karate (taekvando) idman növü üzrə Respublika yarışlarına hazırlaşması və iştirak etməsinə görə maddi yardım 150 manat, Müxlisə Şamıyevaya məxsus yaşayış evində çatışmazlıqların aradan qaldırılması üçün maddi yardım 330 manat, Elvin Həsənova şəhid anım günlərinin keçirilməsi və qurbanlıq payın verilməsi üçün maddi yardım 600 manat, Sarılı körpüsünün tikinti işlərinin davam etdirilməsinə 9850 manat, bələdiyyə avtomobil yollarının saxlanılmasına 8811 manat, kənddə park və qəbiristanlıqların saxlanmasına 850 manat, təmizlik işlərinin aparılmasına 850 manat, “Təhməzli su anbarı”nın təmirinə 2800 manat, “Birinci məhəllə su nohuru”nun yenidənqurma və təmirinə 1750 manat, yanğından mühafizə tədbirləri üçün şum işinin görülməsinə 400 manat, “Məlumat lövhələri”nin montaj edilməsinə 265 manat, Şıxəlibəyli arxında təmir işlərinin görülməsinə 565 manat sərf olunub.
Bələdiyyə ofisi üçün Canon EOS 250D fotoaparatı, onun üçün mikrokart, üçayaq və mikrofon alınmasına 2000 manat, Lenovo V15 G2 ALC noutbukun alınmasına 1450 manat, bələdiyyə əmlakının inventarizasiya işinin aparılmasına 2500 manat, aktivlərin uçotunun qurulması işinə 1800 manat, “Azərtac” Dövlət Xəbər Agentliyinə 200 manat, Belediyye.info internet xəbər portalına 150 manat, 11 hektar torpaq üçün çıxarış və texniki pasportun alınması üçün 499 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossiasiyasına 360 manat, Qarabağ Dirçəliş Fonduna 50 manat, Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının Ağsu Komitəsinə işçilərin üzvlük haqqı ödənişlərinə 247 manat, gegeli.az internet səhifəsinin tamamlama işlərinə 620 manat, Zəfər günü ilə əlaqədar baner və bayraqların hazırlanması və montajına 1822 manat, 2021-c il üzrə audit yoxlaması üçün “Şəfəq Audit Konsaltinq” MMC-yə 500 manat, ölkədaxili ezamiyyə üçün 180 manat, 2022-ci ilin II yarımilliyi və 2023-cü ilin birinci yarımilliyi üçün dövri mətbuatın yayımı ilə əlaqədar olaraq "Pressinform" MMC-yə 637 manat xidmət haqqı köçürülüb."

Qeyd edək ki, hesabatın yazılı forması Gəgəli Bələdiyyəsinin məsul şəxsi Fariz Xəlillinin feysbuk səhifəsindən götürülüb.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO