Deyəndə ki, boşanmalar artır, deyirlər, Belçikada da belədir - Sosioloqdan həyəcan təbili

11:13 6.06.2023 909
Deyəndə ki, boşanmalar artır, deyirlər, Belçikada da belədir - Sosioloqdan həyəcan təbili

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda rəsmi olaraq 58 min abort hadisəsi qeydə alınıb.
Bunların çoxu mini abort, qalanı isə dərman vasitələri ilə aparılan abortlardır. 2021-ci ildə isə bu göstərici 46 877 olub. Aradakı böyük fərq onu göstərir ki, bu rəqəm hər il artmaqda davam edir.


Qeyd edək ki, abort etdirənlər arasında yeniyetmələrin də sayının (2100) artdığı müşahidə olunur.

Bəs, günü-gündən artmaqda olan bu problemlə bağlı hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, abortların sayının artması birbaşa boşanmalarla bağlıdır.

Onun sözlərinə görə, cəmiyyətdə bu məsələyə diqqət artırılmalıdır:

“Mövcud statistika mənim ürəyimi ağrıdır. 30 ildir haray çəkirəm, səsimi eşidən yoxdur. Məsələ odur ki, biz humanitar və sosial problemlərimizin həlli ilə dövrün tələb etdiyi şəkildə məşğul olmuruq. Bu işlə məşğul olan insanlar ya problemi dərindən hiss eləmirlər, ya da o onun həllini yolları bəradə aydın təsəvvürləri yoxdur. Təəssüf ki, bu işləri dərindən bilən mütəxəssislərə də əhəmiyyət vermirlər. Vəziyyət günü-gündən mürəkkəbləşir. Ona görə də heç bir problemi səthi həll etmək olmaz. Problemi həll etmək üçün elmi təminat olmalıdır. Bu gün bizim məmurlarımızın elmi təminat barədə aydın təsəvvürü yoxdur".

Sosioloq abortların sayının faciəvi şəkildə artdığını vurğulayıb:

"Hökumətin bu istiqamətdə tədbir görəcək adamları nə etməli olduqlarını bilmirlər. Bu məsələ ilə dövrün tələbinə uyğun, ciddi elmi mərkəzlərin mütəxəssisləri məşğul olmalıdır. Deyəndə ki boşanmalar çoxdur, deyirlər ki, nə olsun, Belçikada da çoxdur. Anlamırlar ki, orda boşanmanın fəsadı tam ayrıdır, biz də isə tamamilə ayrı. Çoxdusa, o demək deyl ki, onlar inkişaf etmiş xalqdır. Boşanmaların çox olması həmin ölkələrin də problemidir”.

Əhməd Qəşəmoğlu qeyd edib ki, abortun sayını artıran daha çox ikinci qız uşağı abortlarıdır:

“Statistikaya əsasən, abort etdirənlər daha çox gənclər deyil. 2014-cu ildən bu tərəfə boşanmalar sanki kütləvi hal alıb. Təzə ailə quran gənc artıq hiss edir ki, boşanacaq, ona görə də uşağı dünyaya gətirmək istəmir.

Abortun sayını artıran səbəblərdən biri həm də ikinci qız uşağı abortudur. Bunu ya birinci uşaqdan sonra ailədə yarana gərginlik səbəbilə boşanmağa hazırlaşan şəxslər edir, ya da oğlan uşağı istəyənlər. Əslində bu məsələnin arxasında dəhşətli problemlər dayanır. Abort edən adam kim olursa-olsun, öz uşağının ölümünə qərar verirsə artıq, onun qəbində bir çox mənəvi dəyərlərə münasibət dəyişir. Bu, psixoloji olaraq belədir. İkinci tərəfdən əgər ailələrin çoxu boşanırsa, yarısı da evdə gərginlik yaşayır. Bu gün Azərbaycanda 80-90 %-dən çox ailədə gərginlik var. Gərginlik olan ailələrdə isə Azərbaycanın sabahı və yeni nəsil böyüyür”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}