Bir Vətən fədaisi də köçdü dünyadan - Vida sözü

19:51 7.01.2025 1 967
Bir Vətən fədaisi də köçdü dünyadan - Vida sözü


Yaxın kecmişin məşhur “Kiyev” restoranının ("Gənclik" metrosunun yanı) sahibi, tanınmış iş adamı və xeyriyyəçi Araz Şirinov vəfat edib.

Araz Şirinov 71 yaşında qəflətən ürəktutmasından dünyasını dəyişib. Mərhum "Varovski" - Binəqədi qəbristanlığında dəfn edilib.

Bu barədə məlumatı mərhumun yaxınları yayıb.

Araz Ağabala oglu Şirinov İsmayıllı rayonunun Tağlabiyan kəndində dogulsa da, ailəsi Ağsu rayonuna köcüb. Arazın gənclik illəri Ağsu şəhərində formalaşıb. Rayonda milli azadlıq hərəkatının özəyini yaradanlardan biri də məhz Araz olub.

AXC Ağsu rayon şöbəsinin könüllü özünümüdafiə batalyonu Araz Şirinovun rəhbərliyi ilə 1989-1993-cü illərdə Agdam rayonunun bir necə kəndinin müdafiə olunmasında iştirak edib.

Ömrünün ən parlaq illərini Azərbaycanın müstəqiliyinə və milli azadlıq hərəkatına sərf edən Araz Şirinovun həyat yolu gənclərimiz ücün əsl örnəkdir.

Səhər-səhər bu acı xəbəri eşitmək nə qədər çətin olsa da belə bir şəxsiyyəti yaxından tanımaq hər insana qismət olmur. Bu itkinin ağırlığını ifadə etmək üçün söz tapa bilmirəm. Azərbaycanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan dəyərli, mətin, mübariz, əsl Vətən, Millət fədaisi Allahın rəhmətinə qovuşub. Onun dəyərli fikirləri, tövsiyyələri daima yaddaşlarda qalacaqdır.

Həyatda kimləri itirmirik – doğmalarımızı, yaxınlarımızı, dostlarımızı... Bir də hamımızın tanıdığı və sanki illərin doğması sayıla biləcək insanları. O insanları ki, onlar bu dünyada hərəsi bir iz qoyub gedir. Elə bir iz ki, o izi heç nə və heç kim silə bilməz. Bu ŞƏXSİYYƏTLƏRİN arasında Vətən fədailərinin xüsusi yeri var. Onların Vətənə, Millətə sevgisi daha böyükdür. Bu, bir qəhrəmanlıq sevgisidir.

Şübhəsiz ki, millətinə böyük sevgisi olan və millətindən böyük sevgi qazanan şəxsiyyətlərdən biri də məhz bu gün əbədiyyətə qovuşan Araz Şirinov idi. Böyük bir adı daşıyan Araz bəy ömrü boyu bu böyüklüyü qoruyub, saxlaya bildi. Bu, içdən gələn BÖYÜKLÜKDÜR. Bu, Araz bəy böyüklüyüdür. Araz bəyin böyüklüyü hətta ölümə belə alçalmadı. Ölüm də onun BÖYÜKLÜYÜ qarşısında aciz qaldı. Əslində, ona “ölüm” sözünü yaraşdırmaq olmaz. Belə adamlar ölmürlər axı... ƏBƏDİYYƏT qazanırlar. Araz bəyin itkisi bir evin itkisi deyil, bir elin itkisidir. Heç uzağa getməyək, bu gün sosial şəbəkələr necə deyərlər, ancaq onun adı ilə nəfəs alır... Yüzlərlə insan onun haqqında danışır, ehtiramla onu yad edir, rəhmət diləyir.

...Son zamanlar xəstəlik onu çox narahat edirdi. Amma heç vaxt da narahatlığını büruzə vermədi. Ölümün də, xəstəliyin də gözünə dik baxdı. Çünki Araz bəy dik baxmağa haqqı çatan insanlardan idi. Uzun illər iş adamı kimi ehtiyacı olanların yanında oldu, millətinə xeyriyyəçilik etdi. Əslində Araz Şirinov kimi adamlar qazandıqlarını ehtiyacı olanlara xərcləməyi özlərinə haqq bilirlər. O, hec vaxt heç kəsdən kömək əlini əsirgəmirdi. Ağsaqqal kimi, böyük kimi xalqını, dövlətini sevən, ona fədəkarlıqla xidmət edən Araz bəy yaddaşlarımızda işıq kimi, günəş kimi həmişəlik yaşayacaq. Xatirələr əsl insanları ölməyə qoymur, onları əbədi olaraq diri saxlayır!

Allah rəhmət eləsin saf, təmiz, uca bəy!.

Antik dövr filosofu Epikürün şagirdlərindən "Sizi müəllimə bağlayan nədir" sualına şagirdləri belə cavab veribl: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Araz Şirinova aiddir: O, həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Araz Şirinovdur! Araz bəy həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyət idi. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibiydi. Son vaxtlar təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Bəli, Araz Şirinov öz insani xüsusiyyətləri ilə özünü insanlara sevdirə bildi. Bu sevgini bu millətin əlindən heç kim ala bilməzdi. Araz bəy kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayacaqlar!..

Ruhun şad olsun, Araz bəy! Məzarında rahat uyu, çünki səni tanıyanlar heç zaman səni unutmayacaq! İllər ötəcək, fəsillər dəyişəcək, dost-tanışlarının, doğmalarının yanında daima yerin görünəcək!

Ədalət NƏBİ
BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

11:07

Əhmədzadənin həbsi İspaniyada futbol dərsi alan azərbaycanlı uşaqlara zərbə vurub

10:58

İnflyasiya sürətlənəcək - İqtisadçı

10:58

Azərbaycan-Ermənistan sərhəddi Sovetlər zamanındakı xəritələrə uyğun müəyyənləşəcək - Sarkisyan

10:10

Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

09:46

Müəllimləri aparan mikroavtobus aşıb, xeyli yaralı var

09:38

Tramp Putinə deyil, Zelenskiyə inanır

11:06

Cəlalabad şəhərinin adı dəyişdirildi

13:53

Məşhur futbol mütəxəssisi: “İnsan “Qarabağ”a həsəd aparır”

13:42

"Ağrı dağı" təsvirindən imtinanın səbəbi Türkiyə deyil - Paşinyan

13:32

Güclü yağış yağacaq, dolu düşəcək....

18:21

Kimlər məktəb direktoru ola biləcək? - Yeni QƏRAR - VİDEO

17:53

Rusiyanın növbəti saxtakarlığı - Bu dəfə idmanda

12:48

Hacı Murad Yegizarov ll Fəxri Xiyabanda dəfn ediləcək

12:44

BƏƏ Prezidenti Füzulidə qarşılandı

12:40

Marketlərdə, apteklərdə, klinikalarda bu şəxslərə endirimlər olacaq

12:30

Pensiyalar artırılacaq

19:30

Ərdoğan Bakıya görə Azərbaycanı təbrik etdi

14:15

Təhsil haqqı artımı şəxsi istəklə olmamalıdır - Deputat

13:37

Sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

13:10

Leysan yağışlar yağacaq, temperaturlar enəcək

12:44

Təhsil naziri məktəblərdəki qanunsuzluqdan danışdı

13:59

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü - VİDEO

13:31

Rus generalın ölümündə Bakı ermənisi şübhəli bilinir

11:16

Alim Qasımovdan 5 milyon manatlıq villa ilə bağlı AÇIQLAMA

20:43

ƏYNİMDƏKİ YOL... - (poema)

18:47

Qazaxıstan Rusiyadan asılılığı azaldır: Çinlə 70 müqavilə...

18:23

İrəvan ermənilərə nəyə görə verilib? – Kuba jurnalı

17:57

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

14:20

Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO