Sağlam insan ildə 1 dəfə hansı analizləri verməlidir?

19:09 11.01.2025 791
Sağlam insan ildə 1 dəfə hansı analizləri verməlidir?

İnsan hətta heç bir şikayəti olmasa da ildə 1 dəfə müəyyən müayinələrdən keçməlidir. Xaricdə bu müayinələrə skrininqlər deyilir. Eləcə də xüsusi endirimli çek-ap paketləri də var.

Tibdə müayinə paketi olan skrininq və ya dispanserizasiya – sağlam adamların 1-2-3 ildən bir keçərək, müxtəlif onkoloji risk və digər xəstəlikləri vaxtında aşkarlama üçün nəzərdə tutulub.

40 yaşa kimi hər kəs bu skrininqlərdən 3 ildən bir, 40 yaşdan sonra isə 2 ildən bir, 50 yaşdan sonra ildə bir dəfə aparılmalıdır. Söhbət konkret xəstələrdən getmir, burda söhbət özünü sağlam hiss edən, hesab edən və hələ ciddi xəstəliyi aşkarlanmayan şəxslərdən gedir. Yoxlanış və skrininqlərdən qorxmaq lazım deyil, onlar vaxtında şişi, kistiləri, daşı və ürək problemlərini aşkarlaya bilər.

Medicina.az xəbər verir ki, insan 1-2 ildən bir aşağıdakı müayinələrdən keçməlidir:

- Xolesterin və lipid analizi – 25 yaşdan yuxarı kişilər, siqaret çəkənlər, təzyiqi yüksələnlər, nəsildə ürək-damar problemi olanlar, artıq çəki və piylənmədən əziyyət çəkənlər ildə bir dəfə keçməlidir. Qadınlar 35 yaşdan sonra hər il keçməlidir;

- Arterial təzyiq yoxlanması və buna uyğun müayinə analizləri;

- Mammoqrafiya – 40 yaşdan başlayaraq 3 ildən bir. İldə 1 dəfə süd vəzilərinin USM müayinəsi. Artıq çəkisi olan, menstruasiyadan kəsilən, doğum və südverməsi olmayanlar, irsi olaraq nəsildə süd vəzi xərçəngi görünənlər, gecə növbəsində çalışanlar mütləq bu müayinələrdən keçməlidir;

- Uşaqlıq boynu xərçənginə qarşı PAP test – 21 yaşdan 65 yaşa kimi 3-4 ildən bir hər bir qadın. Cinsi münasibətdə olan və uşaq doğan hər bir qadın yaşından asılı olmayaraq bu müayinələrdən keçməlidir;

- Qastroskopiya və Kolonoskopiya – mədə- bağırsaqların yoxlanması. Kişi və qadınlar 55 yaşdan sonra 3-4 ildən bir keçməlidirlər. Yoğun bağırsaq xərçəngi 50 yaşdan sonra rast gəlinir. Xərçəng öncəsi mərhələ poliplərdir, onları da kolonoskopiya təyin edir. Əgər ailənizdə 50 yaşa kimi mədə-bağırsaq xərçəngi olan üzv olubsa, siz 10 il daha tez bu müayinələrdən keçməlisiz;

- Ağciyərlərin komputer müayinəsi (KT) – 15 ildən artıq siqaret çəkənlər 40 yaşdan sonra 2-3 ildən bir keçməlidir.

- Qanda şəkər, insulin dirənci analizləri – təzyiqi 135-dən yuxarı çıxanlar, hamilələr, nəsildə, ailədə şəkərli diabet xəstələri olanlar, artıq çəkisi olanlar ildə bir dəfə bu analizləri verməlidirlər;

- QİÇS analizi – 15-65 yaş arası, xüsusən ötəri cinsi əlaqədə olanlar 2-3 ildən bir anonim olaraq mərkəzdə analiz verməlidir;

- Hepatit C, B – ildə bir dəfə 25 yaşdan yuxarı hər kəs. Eləcə də stomatoloji müalicə alanlar, tatu, pirsinq etdirənlər, narkotik istifadəçiləri, seksual aktiv insanlar ildə bir dəfə analiz verməlidir;

- Sümüklərin vəziyyəti – xüsusi aparat, eləcə də analizlərlə yaşı 60-dan yuxarı hər bir qadın 3 ildən bir müayinədən keçməlidir;

- PSA analizi – 45 yaşdan sonra 2 ildən bir bütün kişilər;

- Qarın boşluğu anevrizmasını təyin etmək üçün USM müayinə - 65-75 yaş arası siqaret çəkənlər. Arteriyalarda anevrizma qəfil partlayıb ölüm verə bilər.

Bu və digər analizlərdən RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİNDƏ müasir və effektiv cihazlar, eləcə də dəqiq labotariyada keçə bilərsiz.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:58

Putin Əliyevlə nəyə görə görüşmək istəmədi? - Politoloq

19:10

Putin Pezeşkianla görüşüb

19:03

Ermənistan Azərbaycanla razılaşmaları həyata keçirməkdə qərarlıdır - Paşinyan

18:55

Mehriban Əliyeva və Anna Akopyan birgə şəkil çəkdiriblər - FOTO

22:12

Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edib

19:34

Bəxtiyar Ersayın yerinə yeni TƏYİNAT

19:22

Köçkünlər qayıtmaq istəmir, yoxsa?..

19:15

Putinin Çində görüşəcəyi liderlərdən biri Ərdoğan olacaq

19:09

Türkiyədən İsrailə böyük zərbə...

19:05

“Gediş haqqının 1 manat olması yolverilməzdir!” – Ekspertən sərt açıqlama

20:44

Türkiyə üçün BÖYÜK GÜN - Ərdoğandan MÜHÜM AÇIQLAMALAR

20:37

"Sədərək" çoxdan sökülməli idi – Vahid Əhmədov

19:21

Əlcəzairin azadlıq ilahəsi – Cəmilə

18:26

Çinin 15 min km uçan raketləri ABŞ-ı qorxudur

13:10

Çox çay içmək anemiya yaradır

12:13

102 tələbə 350 manat təqaüd alacaq

08:49

Suriyada yeni çətin dövr başlayır - Fidan

19:20

Türkiyəli general Azərbaycandakı vəzifəsindən uzaqlaşdı

19:12

Küləklə bağlı XƏBƏRDARLIQ

19:06

Muğam Müsabiqəsinin qalibləri məlum oldu

11:33

Abşeronda zavod yanır

11:25

Putin Mehriban Əliyevanı təbrik etdi

13:16

Zelenski ABŞ-a fərqli imiclə gəldi: Qorxu hissi...

10:55

Conson Putin-Tramp görüşünü "ən iyrənc epizod" adlandırdı

19:25

Son 6 ayda Qarabağa xərclənən pul...

19:17

"İrəliləyiş olmasa, Rusiya ağır nəticələrlə üzləşəcək" - Tramp

13:23

Afaq Bəşirqızına orden verildi - Sərəncam

13:15

Tibb Universitetində təhsil haqqı 2 min manat artırıldı(?)

12:53

Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsinə razılıq verib

12:36

İran Azərbaycana gələn sürücülərdən “Tramp marşrutu"nun acığını çıxır

12:24

Rusiya Ukraynanın bu ərazilərindən imtina etməyə razıdır

11:22

İsrail qoşunları Suriyada "təmizlik işləri" aparır

11:16

Bənzər institutlar birləşdiriləcək - İşçi qrupu yaradıldı

19:21

Sərin və yağmurlu hava dalğası gəlir

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO