Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir.Bakupost.az xəbər verir ki, bu barədə ictimai fəal Həbib Müntəzir məlumat yayıb.
İşsizlikdən əziyyət çəkdiyini deyən Zaur adlı kənd sakininin
"İnsanlar acından ölür, siz fotosessiya etməklə məşğul olursunuz", - deyərək, başçıya kəllə atdığı deyilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumatı təkzib edib.