Ən "uzunömrlü" icra başçıları: 31 ildir bu vəzifəni tutan var (SİYAHI)

20:19 15.06.2023 2 549
Ən "uzunömrlü" icra başçıları: 31 ildir bu vəzifəni tutan var (SİYAHI)

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tutduğu vəzifədən azad edilməsi yenidən diqqəti "kiçik padşahlar”a və onların fəaliyyətinə yönəldib.

Bu da təsadüfi deyil. Əvvəla, ona görə ki, hələ də cəmiyyətin vəzifədən çıxarılacağını gözlədiyi icra başçıları var və Ziyəddin Əliyevin görəvdən alınması prosesin başlanğıcı kimi görülür. Bu yöndə gedən müzakirələrdə fəaliyyəti daha çox narazılıq yaradan, yaxud da uzun müddətdir vəzifədə olan icra başçılarının adı çəkilir.

İkincisi, yerli icra hakimiyyətləri idarəetmə sisteminin ən çox tənqid edilən həlqəsidir. Elə bu səbəbdəndir ki, yerli icra hakimiyyətlərinin ləğvi barədə təkliflər səsləndirilir. Hətta hakimiyyət daxilində bu istiqamətdə müzakirələrin aparıldığı barədə iddialar var.

"Qaynarinfo" icra başçıları ilə bağlı mövzunun aktuallığını nəzərə alaraq, 15 ildən artıq vəzifədə olan "kiçik padşahların” siyahısını təqdim edir.

Siyahıya Xocavəndin icra başçısı Eyvaz Hüseynov liderlik edir. O, 1992-ci ildən, yəni 31 ildir ki, icra başçısıdır. Eyvaz Hüseynov Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun qardaşıdır.

Eyvaz Hüseynovdan sonra Qobustanın icra başçısı Adil Məmmədov gəlir. O, 29 ildir ki, icra başçısı vəzifəsi daşıyır. Adil Vəliyev 1994-2002-ci illərdə Oğuzun, 2002-2004-cü illərdə Qəbələnin, 2004-2011-ci illərdə Biləsuvarın icra başçısı olub. 2011-ci ildən Qobustana rəhbərlik edir. O, ən çox tənqid olunan icra başçılarındadır.

Siyəzənin icra başçısı Novruz Novruzovun karyerası isə 28 ili əhatə edir. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabranın icra başçısı olub. 2019-cu isə ildən Siyəzənin icra başçısıdır.

Ən uzun ömürlü icra başçılarından biri də Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. Cənab Qaraşov 27 ildir ki, icra başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub. 2012-ci ildən Lənkəranın icra başçısıdır.

Uzun müddətdir icra başçısı vəzifəsində çalışanlardan biri də Bakı meri Eldar Əzizovdur. O, icra başçısı kimi karyerasına 2000-ci ildən başlayıb. Eldar Əzizov 2000-2003-cü illərdə Nizaminin, 2003-2011-ci illərdə Gəncənin, 2011-2015-ci illərdə Sumqayıtın, 2015-2018-ci illərdə Səbailin icra başçısı olub və 2018-ci ildə Bakı meriyasına rəhbər təyin edilib.

Xocalının icra başçısı Şahmar Usubov da Eldar Əzizov kimi 23 ildir icra başçısı vəzifəsi daşıyır. O, 2000-ci ildən Xocalının icra başçısıdır.

Qubadlının icra başçısı Malik İsaqov isə 22 ildir icra başçısıdır. O 2001-ci ildən Qubadlıya rəhbərlik edir.

Abşeronun icra başçısı Abdin Fərzəliyev isə 20 ildir icra başçısıdır. O, 2003-2005-ci illərdə Nizaminin, 2005-2022-ci illərdə Nərimanovun icra başçısı olub. 2022-ci ildən Abşerona rəhbərlik edir.

Abdin Fərzəliyev bir sıra qalmaqallarla gündəmə gəlib. Nərimanovda yaşıllığın məhv edilməsi, ov zamanı səhvən adam güllələməsi buna nümunə ola bilər.

19 illik icra başçısı karyerası ilə növbəti sırada Ağdaşa rəhbərlik edən Tofiq İbrahimov gəlir. O, 2004-2010-cu illərdə Qəbələnin, 2010-2012-ci illərdə Lənkəranın icra başçısı olub. 2012-ci ildən Ağdaşın icra başçısıdır.

Zakir Fərəcov, Vidadi İsayev, Süleyman Mikayılov, Alı Qocayev, Mənsur Məmmədov, Mərdan Camalov və Qəzənfər Ağayev 18 ildir ki, icra başçısıdır.

Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeronun icra başçısı olub. 2015-ci ildə isə oradan Sumqayıta təyinat alıb.

Vidadi İsayev icra başçısı kimi fəaliyyətə Tərtərdə başlayıb. 2005-2011-ci illərdə Tərtərin icra başçısı olan Vidadi İsayev 2011-ci ildən Bərdəyə rəhbərlik edir.

Süleyman Mikayılov isə karyerasına Yardımlıda başlayıb. O, 2005-ci ilin mayından dekabrına qədər Yardımlının icra başçısı olub. Yardımlıdan sonra Lənkərana təyinat alıb və 2010-cu ilə qədər bu rayonda çalışıb. 2010-cu ildən isə Qaradağın icra başçısıdır.

Alı Qocayev isə 2005-2012-ci illərdə Binəqədənin icra başçısı olub. 2012-ci ildən isə Samuxun icra başçısıdır. Alı Qocayev Milli Məcllsin keçmiş spikeri, hazırda deputat olan Oqtay Əsədovun qudasıdır.

Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu deyilən Mənsur Məmmədov 2005-2007-ci illərdə Zərdabın, 2007-2015-ci illərdə Göyçayın icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildə Ucarın icra başçısı təyin olunub.

2006-2018-ci illərdə Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşı olan Mərdan Camalov 2005-2019-cu illərdə Şirvanın icra başçısı olub. 2019-cu ildən isə Zərdabın icra başçısıdır.

Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlının, 2006-2012-ci illərdə isə Masallının icra başçısı olub. 2012-ci ildən Astaranın icra başçısıdır.

Asif Əsgərov, Əziz Əzizov və Xəzər Aslanovun icra başçısı kimi karyerası 16 ili əhatə edir.

Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatalanın, 2009-2015-ci illərdə isə Səbailin icra başçısı vəzifəsini daşıyıb. 2015-ci ildə Nəsiminin icra başçısı postuna təyinat alıb.

Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabada, 2018-2019-cu illərdə isə Yasamala rəhbərlik edib. 2019-cu ildə Suraxanın icra başçısı təyin edilib.

2006-2012-ci illərdə Yardımlının icra başçısı olan Xəzər Aslanov 2012-ci ildən Xızının rəhbəridir.

Şair Alxasov, Mübariz Əhmədzadə, Elxan Usubov və Rövşən Bağırov isə 16 ildir icra başçısıdır.

Şair Alxasov 2007-ci ildən Qusarın icra başçısıdır.

Mübariz Əhmədzadə 2007-2009-cu illərdə Qaxın icra başçısı olub. 2009-cu ildən Zaqatalanın icra başçısı vəzifəsində çalışır.

Elxan Usubov 2007-2011-ci illərdə Ağstafaya rəhbərlik edib. 2011-ci ildə Şəkinin icra başçısı vəzifəsinə təyin olunub. Hələ də bu vəzifədədir.

2007-2021-ci illərdə Lerikin icra başçısı olan Rövşən Bağırov 2021-ci ildən Ağsunun rəhbəridir.

Beləliklə, göründüyü kimi 23 icra başçısı uzun müddətdir ki, bu vəzifəni daşıyır və əhali siyahıda adı əks olunanların fəaliyyətindən o qədər də razı deyil. Bəs Ziyəddin Əliyevin işdən çıxarılması onların da əvəzlənməsinə təkan verəcəkmi? Bunu zaman göstərəcək.

Seyid
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}