Vaqif Sultanlının "KULİKOVO DÖYÜŞÜ" kitabı Londonda yayınlanıb

21:30 4.07.2023 2 678
Vaqif Sultanlının "KULİKOVO DÖYÜŞÜ" kitabı Londonda yayınlanıb

Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub. “Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirib.

Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyil. Belə ki, yazıçının roman və hekayələrdən ibarət “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), “Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada nəşr olunub. “Ölüm yuxusu” romanı Danimarkada, daha sonra professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr. İrəc İsmayılla birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014) antologiyaları ABŞ oxucularına təqdim edilib.

“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan “Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri daxil edilib. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılıb, Türk etnosunun keçmişi, bu günü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılıb.

İngilis yazıçı və ədəbiyyatşünası Dr. Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.

Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}