Fermerlər buğda əkməkdən imtina edir: "Ciddi problemlər yarana bilər" - AÇIQLAMA

18:56 13.07.2023 1 912
Fermerlər buğda əkməkdən imtina edir: "Ciddi problemlər yarana bilər" - AÇIQLAMA

Bu gün dünyada taxılın qiymətinin ucuzlaşması un, çörək və un məmulatlarının qiymətinin də müəyyən qədər aşağa düşməsinə səbəb ola bilər.

Bu, özlüyündə müsbət haldır. Lakin Azərbaycan fermerləri istehsal etdikləri taxılı heç maya dəyərinə sata bilmədiklərini bildirirlər. Onlar zərər gördüklərini, taxıl və buğdanın bazar qiymətinin onlara sərf etmədiyini qeyd edirlər.

Bu baxımdan, dünyada taxılın qiymətinin aşağı düşməsi Azərbaycanda buğda istehsalının həcminə təsir edə bilərmi? Həmçinin taxıl istehsalını stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, məsələnin təməl səbəblərini aradan qaldırmaq üçün elmi yanaşmaya və yeni bir proqramın qəbuluna ehtiyac var.

Ekspert hesab edir ki, kənd təssürfatı ilə məşğul olan dövlət və hökumət orqanları fermerin yaxın dostuna çevrilməli, onların problemini daha operativ həll etməlidir:


“Dünya ölkələrinin ortalama göstəricilərinə görə, Azərbaycanda məhsuldarlıq çox aşağıdır. Buna səbəb hər hektardan alınan əmtəəlik buğdanın həcminin aşağı olmasıdır. Məhsuldarlıq aşağı olduğu üçün, rentabellilik də aşağı düşür. Bizdə yerli istehsal ölkənin tələbatının cəmi 25%-ni ödəyir. Yerdə qalan 75% məhsulu xaricdən alırıq. Əsasən Rusiyadan, Qazaxıstandan və müharibədən əvvəl Ukraynadan da alınırdı. Bu məsələnin təməl səbəblərini aradan qaldlrmaq üçün elmi yanaşmaya ehtiyac var. Düzdür, hökumət əmtəəlik buğda istehsalını təşviq etmək üçün ayrıca proqram qəbul etmişdi. Lakin Azərbaycanda toxumçuluq, suvarma, gübrə və keyfiyyətli istehsal ilə bağlı problemlər var. Su problemi olan, torpaqları heç də münbit olmayan İsraildə hər hektardan az qala 70-80 sentiner məhsul alınır, bizdə isə bu göstərici hələ son illər bir az yüksələrək 27-28 sentinerə qalxıb. Ölkədə taxıl və buğda istehsalında məhsuldarlıq çox olsa, bu, təbii ki, fermerlərə də sərf edəcək. Biri var bir hektaradan 25-28 sentner taxıl götürəsən, biri də var 50-60 sentner”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda buğda və taxıl istehsalının minimum həddə enib-enməyəcəyi payızlıq buğdanın istehsal həcmini görəndə məlum olacaq:

“Xaricdən asılılığımızı azaltmaq üçün strategiya götürülmüş və uzunmüddətli bir proqram qəbul olunmuşdu. Amma son 10-15 il ərzində faiz nisbətində heç bir azalma müşahidə olunmadı. Ümumilikdə, tendensiya heç də ürəkaçan deyil və onu göstərir ki, bizim xaricdən asılılığımız azalmır. Bu, artıq faktdır. Bunun da əsas səbəbi yerli istehsalın yerli tələbi ödəməyə qadir olmamasıdır. Bunun da altında həddindən çox həllini gözləyən problemlər yatır. Fermerlərin indiki halda taxılçılığın inkişafına marağının qalmadığını anlayırıq. Çoxları başqa kənd təsərrüfatı məhsullarına keçid edirlər. Bu, təbii ki, bazarın diqtə etdiyi məsələdir. Fikrimcə, problemin həlli üçün, sadəcə, subsidiyaları artırmaq lazımdır”.

Ekspert bildirib ki, taxıl və əmtəəlik buğda həm də strateji məhsuldur:

“Taxıl və buğda həm də ölkənin ərzaq təhlükəsizliyi məsələsidir. Ona görə də yerli istehsalda ciddi artım olmalıdır. Çünki xaricdən nə qədər çox asılısansa, sənin bir o qədər zəif nöqtələrin yaranır. Sabah problem yaşana bilər. Məsələn, keçən il Rusiyanın Ukraynaya təcavüzü zamanı buğda bazarında ciddi təlatüm yaşandı. Qiymətlər birdən-birə 30-40% qalxdı. Bəzi ölkələr isə öz daxili bazarını qorumaq üçün, ümumiyyətlə, taxıl satışını məhdudlaşdırdılar. Bu, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən yaxşı bir şey deyil. İstənilən ölkə heç olmasa, minumum və ya yarı səviyyədə öz tələbatını ödəməyə qadir olmalıdır ki, yerdə qalan çatışmayan məhsulu idxal vasitəsilə qarşılaya bilsin. Tamamilə imtina edib, idxaldan asili vəziyyətə düşsək, sabah ciddi problemlər yarana bilər”.(Bakupost)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}